Sosial şəbəkələr “çökdü” – “Facebook” açıqlama verdi

İnstagram”, "Facebook” və "WhatsApp” sosial platformalarında problem yaranıb.
Oxu.Az xəbər verir ki, dünyanın bir çox bölgələrindəki sosial şəbəkə istifadəçiləri bununla bağlı çətinliklə üzləşiblər.
"Downdetector” saytına fikirlərini yazan milyonlarla istifadəçi əsasən foto, video və GİF formatlı faylların yüklənməməsi, saytlara giriş, şəbəkənin itməsi və s. şikayətlərini qeyd ediblər.
Saytdakı məlumatlara görə, problem Bakı vaxtı ilə saat 17:50-dən başlayıb və 5 saata yaxındır davam edir.
Texniki problemlər əsasən, Böyük Britaniya, Fransa, ABŞ, Rusiya, Almaniya və bir sıra digər ölkələrdə müşahidə olunub.
Eyni zamanda Azərbaycanlı istifadəçilər də yuxarıda göstərilən sosial şəbəkələrdə audio və video mesajlar ala bilmədiklərini bildiriblər.
Qeyd edək ki, "WhatsApp” istifadəçilərinin təxminən 91% -i serverə qoşulma, 6% -i saytla bağlı problemlər, 1% -i avtorizasiya haqqında şikayət edib.
"İnstagram” istifadəçilərinin 83%-i "download” problemlərindən şikayətlənirsə, girişlə bağlı 9%, veb saytına girişlə əlaqədar isə 7% əziyyət çəkib.
"Facebook” istifadəçilərinin də 82%-i veb saytına daxil olmaqda çətinlik çəkir, sosial şəbəkəyə çıxışda problem yaşayanlar isə 17%-dir.
Məsələ ilə bağlı "Facebook” rəsmi açıqlama yayıb. "Twitter” sosial şəbəkəsindən #facebookdown haştaqı ilə paylaşım edən şirkət rəhbərliyi məsələnin tezliklə həll olunacağını deyib: "Bəzi insanların foto, video və digər faylları yükləyərkən çətinliklə üzləşdiklərini bilirik. Bu cür halla qarşılaşdığınız üçün təəssüf hissi keçiririk. Ən qısa zamanda hər şeyi normal halına qaytarmaq üçün çalışırıq”.
Dün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Dün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Dün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Dün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Dün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Dün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Dün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Dün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Dün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Dün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Dün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Dün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Dün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Dün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Dün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
7-09-2026, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
7-09-2026, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
7-09-2026, 16:51
Kanaldan meyit tapıldı
7-09-2026, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
7-09-2026, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
7-09-2026, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
7-09-2026, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
7-09-2026, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
7-09-2026, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
7-09-2026, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək