Azərbaycanda diabet xəstələrinə dərman çatmır - ŞİKAYƏT
Gündəm / Sosial
Oxunub: 822
5 Tem 2019 | 13:30
Azərbaycanda diabet xəstələrinə dərman çatmır - ŞİKAYƏT
Binəqədi rayonunda yaşayan bir neçə diabet xəstəsi redaksiyamıza müraciət edərək, dibet xəstələri üçün dövlət tərəfindən pulsuz verilməsi nəzərdə tutulan dərmanları almaqda çətinlik çəkdiklərini bildiriblər.

Anews.az-a danışan xəstələrdən biri deyir ki, ayın ilk günlərində dərman üçün aptekə yaxınlaşdıqda belə dərmanların artıq bitdiyini bildirirlər. Onlar hətta bir dəfə üçün nəzərdə tutilan insulin iynələrini də əldə edə bilməyiblər. Xəstələr dövlət tərəfindən pulsuz verilməli olan dərmanları öz məvacibləri hesabına almağa məcbur olurlar. Bu isə az pul deyil. Belə ki, bir insulinin qoyməti ortalama 15-25 manat arasında dəyişir. Xəstə 3 bel insulin qələm alsa bu edir 45-75 manat arası pul. Bu isə əksəriyyəti təqaüdçü olan xəstələrin təqaüdünün ücdə biri, bəzi hallarda isə yarısına bərabərdir. Bəs görəsən büdcədən bu dərmanların alınmasına pul ayrılırsa nədən xəstələrə dərmanlar çatmır?

Məsələ ilə bağlı Binəqədi rayonu üzrə imtiyazlı xəstələr üçün nəzərdə tutulan dövlət aptekinin müdürü Rüfət Rəhimovla danışdıq.

Rüfət Rəhimovun sözlərinə görə, ərazidə çoxlu sayda diabtedən əziyyət çəkən xəstə olduğundan şikayət və narazılıqların olması normaldır.

Ancaq aptek müdiri dərman çatışmazlığının olduğunu təsdiqləmir.

"Bəzən olur ki, bəzi dərmanlar gecikir. Onların aptekə gəlməsi bir neçə gün çəkir. Ancaq bu dərman çatışmazlığı deyil. Bütün imtiyazlı xəstələr dərmanlarla təmin olunurlar”, – deyə aptek müdiri Rüfət Rəhimov bildirir.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev isə düşünür ki, xəstələr şikayətlərini mətbautdan öncə Səhiyyə Nazirliyinə bildirməlidirlər.

Elvin Hacıyevin sözlərinə görə, şəkərli diabet xəstələri dərmanla vaxtı-vaxtında təmin olunurlar.

"Bilirsiniz, əgər kiminsə belə bir şikayəti varsa, mətbuatdan öncə Səhiyyə Nazirliyinə müraciət etməlidir. Biz həmin şəxsin problemini həll edə bilməsək, sizə müraciət edə bilər. Ancaq hələlik bizə belə bir şikayət daxil olmayıb və ona görə də konkret nə isə deyə bilmirəm. Bütün imtiyazlı xəstələrin dərmanları dövlət tərəfindən təmin olunur və rahatlıqla əldə edirlər. Bununla bağlı dövlət programı var”, – deyə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Elvin Hacıyev bildirib.

Azərbaycan Diabet Liqasının (ADL) sədri, Respublika Endokrinoloji Mərkəzinin həkimi Yeganə Sultanova isə əksini düşünür. Onun sözlərinə görə, bu ementar problemi həll etmək lazımdır ki, xəstələr dərmanları əldə etməkdə problem yaşamasınlar.

Onun sözlərinə görə, bu cür şikayətlər onlara da gəlir.

"Bu cür şikayətlər bizə də gəlir. İnsanlar dərmanları əldə etmək üçün nəzərdə tutulan vaxtda gedəndə çox adam olur, uzun-uzun növbələr yaranır, 2 gün sonra gedəndə isə, dərmanlar bitir. Bu da insanların haqlı narazılıqlarına səbəb olur. Elementar problemdir, həll edilməlidir ki, insanlar əziyyət çəkmədən dərmanları əldə edə bilsinlər”, – deyə Yeganə Sultanova bildirir.

Yeganə Soltanova deyir ki, məsələ ilə yerlərdə yaxından tanış ola bilməsələr də diabet liqasının üzvləri də hər zaman bu problemdən əziyyət çəkdikləri üçün məlumatlıdırlar.

Dünyada hər 10 saniyədən bir iki adama "şəkərli diabet” diaqnozu qoyulur, bir adam isə şəkərli diabetin fəsadlarından dünyasını dəyişir.

Diabet ən geniş yayılmış qeyri-yoluxucu xəstəliklərdən biridir. Dünyada 422 milyon insan diabetdən əziyyət çəkir - onların 80 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Əhalinin yaşlanması və qeyri-sağlam həyat tərzi xəstəliyin hər il bir az daha artmasına səbəb olur.

Azərbaycanda da bu xəstəliyə tutulanların sayının artması müşahidə olunur. Son statistikaya görə, respublikanın müalicə-profilaktika müəssisələrində qeydiyyata alınan diabet xəstələrinin sayı 241. 223 nəfər təşkil edir ki, onların da 73.367 nəfəri Bakı şəhəri sakinidir. II tip şəkərli diabetdən 29.830 adam (1683 nəfəri Bakı sakini), I tip diabetdən 211.493 adam (71.684 nəfəri Bakı sakini) əziyyət çəkir. Bundan əlavə, Azərbaycanda diabet xəstəsi olan 1543 uşaq rəsmi olaraq qeydə alınıb ki, onların da 556 nəfəri paytaxt sakinidir. II tip şəkərli diabetdən 21 uşaq (2-si Bakıda), I tip diabetdən 1522 uşaq (554-ü Bakıda) əziyyət çəkir.
Bugün, 11:35
Sabah Cəlilabadın üç kəndində qaz olmayacaq
Bugün, 11:01
Ağcabədi Pedaqoji Kollecində yeni təyinatlar olub
Bugün, 10:31
Türkmənistan Prezidenti Azərbaycana səfərə gəlib
Bugün, 09:29
İvanovka yolunda ağır qəza - Ölən və yaralananlar var
Bugün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb