Azərbaycan Qarabağ separatçılarına pul toplanmasının qarşısını aldı

Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının maliyyə bazarları, o cümlədən ödəniş sistemləri sahəsində həyata keçirdiyi tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi faktları müəyyən edilib.
Bu barədə Modern.az-a Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) bildirilib.
Qeyd olunub ki, qondarma Dağlıq Qarabağ respublikasının “maliyyə nazirliyi”nin rəsmi internet səhifəsi üzərindən maddi yardımın toplanılması faktı da aşkarlanıb.
“Bu faktların mövcudluğu ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün, beynəlxalq hüquqi normaların pozulması, çirkli pulların yuyulması və terrorizmin maliyyələşdirilməsi baxımından əlverişli şəraitin yaradılması, habelə beynəlxalq kart təşkilatları tərəfindən müəyyən edilmiş tələblərin gözlənilməməsi deməkdir. Palata tərəfindən aşkar olunmuş faktlar əsasında “Visa Inc.” və “MasterCard Worldwide” beynəlxalq kart təşkilatının rəhbər nümayəndələri ilə görüşlər keçirilərək bu təşkilatlarının brendini daşıyan ödəniş kartlarına işğal olunmuş ərazilərdə xidmət göstərilməsinin təxirəsalınmadan dayandırılması diqqətə çatdırılıb.
Həyata keçirilən kompleks tədbirlər və birgə fəaliyyət nəticəsində qondarma Dağlıq Qarabağ respublikasının “maliyyə nazirliyi”nin rəsmi internet səhifəsi üzərindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartları ilə maddi yardımların toplanılması, habelə işğal olunmuş ərazilərdə bir sıra bankların bankomat şəbəkəsi üzərindən bu ödəniş kartlarının qəbulu dayandırılıb.
Palata olaraq ödəniş sistemləri sahəsində tənzimləmə və nəzarət çərçivəsində Azərbaycan Respublikasının işğal altında olan ərazilərində fəaliyyət göstərən banklar tərəfindən beynəlxalq kart təşkilatlarının brendini daşıyan ödəniş kartlarına xidmət göstərilməsi daim monitorinq olunaraq müvafiq tədbirlərin həyata keçirilməsi diqqət mərkəzində saxlanılır”.
Dün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Dün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Dün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Dün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Dün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Dün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Dün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Dün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Dün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Dün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Dün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Dün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Dün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Dün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Dün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
7-09-2026, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
7-09-2026, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
7-09-2026, 16:51
Kanaldan meyit tapıldı
7-09-2026, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
7-09-2026, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
7-09-2026, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
7-09-2026, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
7-09-2026, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
7-09-2026, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
7-09-2026, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək