“Rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir”

Havanın qeyri-sabit keçməsinin səbəbi açıqlanıb
“Ayın birinci ongünlüyü demək olar ki, qeyri sabit keçir, keçən illərlə müqayisədə yağmurlu günlərin sayı da bir qədər çoxdur. Əgər keçən il iyul ayında rekord temperatur göstəriciləri qeydə alınırdısa, bu il temperatur iqlim normasına yaxındır”.
Bizimyol.info xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva son günlərdə müşahidə edilən hava şəraiti ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iyulun 9-u günün ikinci yarısından 10-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit olub, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub. Dağlıq ərazilərə xırda dənəli dolu düşüb.
“Ən çox düşən yağıntının miqdarı Xınalıq, Qrızda 35.0 mm (aylıq normanın 62%-i), Girdimançayda 29.4 mm, İsmayıllıda 21.0 mm (aylıq normanın 28%-i), Qəbələdə 20.0 mm (aylıq normanın 27%-i), Tərtərdə 19.0 mm (aylıq normanın 78%-i), Kişçayda (Şəki) 16.0 mm (aylıq normanın 12%-i), Qusarda 12.0 mm, Bərdədə 10.0 mm (aylıq normanın 41%-i), İvanovkada, Quba, Şahdağda 9.0 mm, Xaltan, Ağdamda 7.0 mm, Gədəbəydə 6.0 mm, Zərdab, Ordubadda 4.0 mm, Cəfərxan, Mərəzədə 3.0 mm, Ağsu, Sarıbaş (Qax), Göygöldə 2.0 mm, Ağdərədə (Ordubad), Oğuz, Zaqatala, Şəki, Xaçmaz, Yevlax, Göyçay, İmişli, Sabirabad, Qazıməmməd, Biləsuvar, Daşkəsəndə 0.0-1.0 mm olub.
Bu gün ərzində-10 iyulda ölkənin ayrı-ayrı rayonlarında qısamüddətli yağış yağacağı gözlənilir. Mülayim və arabir güclənən qərb küləyi əsəcək. Əksər mərkəzi Aran rayonlarında havanın minimal temperaturu 20-25 dərəcəyədək, maksimal temperatur isə 32-37 dərəcəyədək təşkil edəcək. Dağlıq rayonlarda gecə 11-16 dərəcə, gündüz isə 19-24 dərəcə isti olacaq.
Avropanın şimalından daxil olan və bu mövsüm üçün nisbətən sərin hava kütlələri və atmosfer cəbhələri havanın qeyri-sabitliyini müəyyən edəcək.
Bakı və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz hava şəraiti üstünlük təşkil edəcək. Arabir güclənən şimal-qərb və şimal küləklərinin axşam saatlarında zəifləyəcəyi gözlənilir. Havanın temperaturu 30-35 dərəcə təşkil edəcək ki, bu da bu ayın iqlim normasına yaxındır.
Meteohəssas insanların nəzərinə: İyulun 11-dən başlayaraq iyulun 12-si günün 1-ci yarısınadək atmosfer təzyiqi 755 mm civə sütunundan 750 mm civə sütununadək enəcək. Mülayim cənub-şərq və cənub küləyi fonunda havanın nisbi rütubətliliyinin artacağı müşahidə olunacaq ki, bu da meteohəssas insanlarda diskomfort hissi yarada bilər”.
Dün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Dün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Dün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Dün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Dün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Dün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Dün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Dün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Dün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Dün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Dün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Dün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Dün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Dün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Dün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
7-09-2026, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
7-09-2026, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
7-09-2026, 16:51
Kanaldan meyit tapıldı
7-09-2026, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
7-09-2026, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
7-09-2026, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
7-09-2026, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
7-09-2026, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
7-09-2026, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
7-09-2026, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək