“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU
Gündəm / Sosial
Oxunub: 747
12 Tem 2019 | 16:33
“Cümhuriyyət medalı” alanlar Məhəmməd Əmin Rəsulzadənin abidə məsələsini qaldıracaqlar? - SORĞU

Ölkə başçısının sərəncamı ilə bir qrup media təmsilçisi və qeyri-hökumət təşkilatlarının nümayəndəsi Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə yubiley medalı ilə təltif olunub.

Bundan əvvəl isə Milli Məclisin deputatlarına da “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı verilmişdi.

“Cümhuriyyət medalı” ilə təltif olunan şəxslərin adları ictimaiyyətə bəlli olandan sonra sosial şəbəkələrdə ciddi müzakirələr açılıb. Bu müzakirələrdə heç vaxt Cümhuriyyət qurucularının adını çəkiməyən və ya AXC-nin liderlərindən olmuş Məhəmməd Əmin Rəsulzadəyə mənfi münasibətilə seçilən şəxslər yubiley medalı aldıqlarına görə tənqid edilib, onların mükafatdan könüllü imtina etməli olduqları vurğulanıb.

Müzakirələrdə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı verilmiş şəxslərə Məhəmməd Əmin Rəsulzadəyə Bakıda abidə ucaldılması məsələsini qaldırmaq çağırışı da edilib.


Modern.az-ın əməkdaşı müzakirələrin davam etdiyini və məsələnin aktuallığını nəzərə alaraq, “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi” medalı ilə təltif olunmuş bəzi şəxlərdən həmin çağırışa münasibət öyrənib.

Onlar Rəsilzadəyə Bakıda abidə qoyulması üçün məsələ qaldıracaqlarmı?


Milli Məclisin deputatı Naqif Həmzəyev:


“Müstəqil Azərbaycanımız Azərbaycan Xalq Cümhuriyyərinin varisidir. Cümhuriyyətimizin 100 illiyi təntənəli şəkildə qeyd olundu. Təbii ki, Cümhuriyyətimizin qurucularının xatirələri əbədiləşdirilməlidir. Bununla bağlı sərəncam da mövcuddur. Nəinki paytaxt Bakıda, gözəl şəhərimiz Gəncədə də “İstiqlal park”ı salınıb. Cümhuriyyətimizin yaradıcılarının abidəsinin ucaldılması fikrini mən də dəstəkləyirəm. Burda qeyri-adi bir şey yoxdur və bu layihələr inanıram ki, mütləq gerçəkləşdiriləcək”.


Deputat Cavid Osmanov:


“Məni bu məsələlərə qarışdırmayın. “Cümhuriyyət medalı”nı mənə cənab Prezident verib. Bizim fəaliyyətimizi dəyərləndirdiyi üçün Allah Prezidentimizin canını sağ eləsin. Bu təltif mənim üçün olduqca xoş oldu. Mən dövlətimizə, xalqımıza və mənsub olduğum Yeni Azərbaycan Partiyasına daim sədaqətlə qulluq edəcəm. Amma qeyd etdiyiniz mövzu mənim üçün maraqlı deyil, maraqlanmıram”.


Deputat Araz Əlizadə:


“Mən Modern.az saytı ilə işləmirəm, sizə açıqlama verməyəcəm”.


“Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev:


“Mən medal alıb-almamağımdan aslı olmayaraq, bu məsələnin reallaşmasına müsbət yanaşıram. Cümhuriyyət dövründə nazirlikdən tutmuş müxtəlif ranqlı məmurlara qədər hər kəsin özünəməxsus xidmətləri olub. Eyni zamanda, Məhəmməd Əmin Rəsulzadənin də böyük xidmətləri olub. Onun tarixi fəaliyyəti heç vaxt, heç bir yerdə inkar oluna bilməz. Qeyd etmək istəyirəm ki, Cümhuriyyət dövrü Rəsulzadəylə bitmir. İndiki Müsavat Partiyası iddia edir ki, bunlar o dövr Müsavatın varisləridir. Ümumiyyətlə demək istəyirəm ki, bu Müsavatla o Müsavat arasında heç bir tarixi, siyasi, ideoloji bağlılıq yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasında Heydər Əliyevin təşəbbüsü ilə qeyd edilib ki, müstəqil Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Deməli biz tariximizi yaşatmalı, tarixi şəxsiyyətlərimizin abidələrinin ucaldılması üçün işlər görməliyik”.


“Olaylar” qəzetinin baş redaktoru Yunus Oğuz:


“Biz əslində zamanla məsələnin qaldırılması üçün səy göstərmişik. Ümumiyyətlə, tək Məhəmməd Əmin Rəsulzadə deyil, Cümhuriyyətin yaradılmasında səy göstərmiş şəxsiyyətlərin - Əlimərdan bəy Topçubaşovun, Həsən bəy Zərdabinin və digərlərinin də abidələri ucaldılmalıdı. Zərdabi Cümhuriyyətin yaradıcısı olmasa da, bu fikrin əsasını qoyan şəxs olub. Bu şəxsiyyətlərin hamısının adlarının əbədiləşdirilməsi lazımdır. Sadəcə, heykəl ucaltmaq deyil, adları yararsız olan neçə-neçə küçələrimiz var ki, onlara Rəsulzadə və digər cümhuriyyətçilərin adları verilsə, daha yaxşı olar. Biz, siz və digər media qurumlarının da vəzifəsi bu kimi məsələləri işıqlandırmaqdır”.


“Bakı Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev:


“Çox yaxşı haldır ki, Cümhuriyyət rəhbərlərinin irsinə, xatirəsinə hörmət dövlət siyasəti səviyyəsində aparılır. Yəni 20-30 əvvəl bu ictimai səviyyədə, müəyyən siyasi təşkilatların tərəfində aparılırdısa, bu gün Cümhuriyyətin tarixinin yaşadılması dövlət siyasəti səviyyəsində aparılır. Dövlət siyasəti səviyyəsində aparılması dedikdə medalların verilməsindən tutmuş, Cümhuriyyət qurucularının abidlərinin ucaldılmasına qədər hər şeyi nəzərdə tuturam. Xüsusilə qeyd etmək istəyirəm ki, Məhəmməd Əmin Rəsulzadəyə şəhərimizdə abidə ucaldılması çox önəmli məsələdir. Mən düşünürəm ki, abidələrin ucaldılması məsələsi də çox yaxın zamanlarda öz həllini tapacaq. Bu bizdən aslı bir şey deyil, lakin biz media qurumları olaraq məsələnin reallaşması üçün yazılarımızda və çıxışlarımızda bunu xüsusi vurğulamalıyıq. Və mən əminəm ki, cənab Prezidentimiz İlham Əliyev bu məsələnin gerçəkləşməsinə xüsusi diqqət ayıracaq”.


“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli:


“Cümhuriyyətin 100 illiyi yüksək səviyyədə qeyd olundu. Əslində 2018-ci ilin respublikamızda “Cümhuriyyət ili” kimi qeyd edilməsi Cümhuriyyətin qurucularının şərəfinə keçirilmiş yüksək səviyyəli tədbirlərdən biri idi. Bu baxımdan düşünürəm ki, Cümhuriyyət qurucularının xatirələrinin əbədiləşdirilməsi layiqincə yerinə yetirilir. O ki, qaldı Məhəmməd Əmin Rəsulzadənin xatirəsinə abidənin ucaldılmasına, düşünürəm ki, bu məsələ də yaxın zamanlarda öz həllini tapacaq”.



Nuranə DAXİLQIZI
Bugün, 08:55
Bu ərazilərdə işıq olmayacaq
20-06-2026, 15:54
Ağdamda daha bir qrup sakin üçün peşə hazırlığı kursu başlayıb
20-06-2026, 15:30
Yevlax sakini Yuxarı Qarabağ su kanalında batıb
20-06-2026, 14:57
İsrail ordusu Livanı bombalamağa davam edir, daha 16 nəfər ölüb
20-06-2026, 14:23
Montella Türkiyənin məğlubiyyətini şərh etdi: “Olmayanda olmur”
20-06-2026, 12:10
Laçında minaaxtaran peşəsi üzrə əmək yarmarkası keçiriləcək
20-06-2026, 11:10
Özünü prokurorluq əməkdaşı kimi qələmə verən şəxs həbs olunub
20-06-2026, 10:39
İsrail Livanın cənubuna zərbələr endirməyə davam edir, azı 5 nəfər ölüb
20-06-2026, 10:08
Hidayət Heydərov "Böyük Dəbilqə" turnirində tatamiyə çıxmayıb
19-06-2026, 18:25
Məzunları magistratura imtahanında ən yüksək və ən zəif nəticə göstərən ali məktəblər məlum olub
19-06-2026, 17:44
Rəşad Nəbiyev Ağdamda vətəndaşları qəbul edəcək
19-06-2026, 16:57
İntensiv yağış yağacaq, temperatur 4-7° enəcək
19-06-2026, 16:36
Ölkə üzrə pensiyalar tam ÖDƏNİLDİ
19-06-2026, 14:22
İsrail ordusu Livanda ciddi itkilər verdi
19-06-2026, 13:26
İlham Əliyev otağındakı tək heykəldən danışdı: Babamın yadigarıdır
19-06-2026, 12:49
Sahibə Qafarova jurnalistika tələbələrini Milli Məclisə dəvət etdi
19-06-2026, 12:07
Naxçıvanda Prezident nümayəndəliyinin statusu artırılır
19-06-2026, 11:10
İyunda qeyri-çimərlik ərazilərdə 12 nəfər batıb
19-06-2026, 10:26
Oğuzda narkotik alverçiləri saxlanıldı
19-06-2026, 09:53
Xankəndidə həyat canlanır: daha 18 ailə şəhərə köçürüldü
19-06-2026, 09:06
Vüsal Hüseynov vətəndaş qəbulu keçirəcək
18-06-2026, 18:41
Türkiyə Milli Müdafiə Nazirliyi Azərbaycan hərbçiləri üçün təlim keçəcək
18-06-2026, 17:44
Kərim Vəliyev MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasına qatılıb
18-06-2026, 16:02
Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb
18-06-2026, 14:22
İsmayıl Kartal "Fənərbağça"nın baş məşqçi təyin olunub
18-06-2026, 12:54
Niamey aeroportunda partlayış və silah səsləri qeydə alınıb
18-06-2026, 12:21
TƏBİB-in İcraçı direktoruna yeni müşavir təyin olunub