Ərini xilas etmək üçün ondan polisə şikayət etdi
Gündəm / Sosial
Oxunub: 727
19 Tem 2019 | 16:01
Ərini xilas etmək üçün ondan polisə şikayət etdi

Saray qəsəbə sakini, 41 yaşlı Rəfael Babayev dəmir barmaqlıqlar arxasındadır. O, həyat yoldaşının şikayəti əsasında həbs olunub. Maraqlısı budur ki, qadın ərindən polisə şikayət etməklə onun həyatını qurtaracağını zənn edib. Mənzilə baxış keçirən əməliyyatçılar nə az – nə çox, 7 kiloqram tiryək aşkarlaylıblar. Mənzil sahibi isə narkotik vasitə istifadəçisi olduğunu boynuna alsa da, evindən tapılan tiryəkin ona məxsus olmadığını deyir.
Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin qanunsuz dövriyyəsində ittiham olunan Bakı şəhər sakini 41 yaşlı Rəfael Babayevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Virtualaz.org-un xəbərinə görə, Rəfael Babayev bu il yanvarın 9-da Astara şəhərində istintaqa məlum olmayan mənbədən külli miqdarda narkotik vasitə əldə edib, Saray qəsəbəsindəki evində saxlayıb. İki gün sonra Abşeron Rayon Polis İdarəsinin əməkdaşları onun yaşadığı evə baxış keçiriblər. Baxış zamanı mənzildən 7 kiloqram tiryək və elektron tərəzi aşkarlanaraq götürülüb.

R.Babayevə qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama, daşıma) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaqla müəyyən edilib ki, uzun illərdən bəri narkotik aludəçisi olan Rəfael Babayev zərərli vərdişindən əl çəkməyib. “Sovetski”dəki evləri plana düşəndən sonra Saray qəsəbəsində yeni mənzil alıblar, ora köçüblər. Həyat yoldaşı imkanlı şəxslərin evində təmizlik işləri görüb, ailəni dolandırıb. Rəfael işləməyib, narkotikə pul tapa bilməyəndə mənzildəki əşyaları belə satıb. Sonuncu dəfə isə həbs olunmazdan bir gün öncə intihara cəhd edib. Həyat yoldaşının ölümlə üz-üzə qaldığını görən Günay Babayeva son ümid yeri kimi polisə üz tutmaq məcburiyyətində qalıb. Ərindən şikayətçi olub və…



Təqsirləndirilən Rəfael Babayev ona elan olunmuş ittihamla özünü təqsirli bilməyib. İfadəsində mənzildən aşkarlanan tiryəkin ona məxsus olmadığını, narkotikdən istifadə etsə də, heç vaxt satışı ilə məşğul olmadığını deyib: “İllərdir ki, narkotik istifadəçisiyəm, amma heç vaxt narkotik satmamışam. Ailəmi, övladımı düşünüb bu yoldan çəkinmək istəmişəm, amma iradəm çatmayıb”.

R.Babayev deyir ki, həyat yoldaşı onu narkotik vasitələrin istifadəsindən çəkindirmək məqsədilə Abşeron rayon Polis İdarəsinə gedərək şikayət ərizəsi yazıb: “Yoldaşımın savadsızlığından istifadə ediblər. Əgər ərizəni onların dediyi kimi yazarsa, 1 il azadlıqdan məhrum ediləcəyimə, sağalıb ailəmin yanına qayıdacağıma inandırıblar. O da şikayət ərizəsində evə müxtəlif adamların gəlib-getdiyini, mənim narkotik satışı ilə məşğul olduğumu yazıb”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, yanvarın 10-dan 11-ə keçən gecə darvazanın səsinə yuxudan ayılıb. Pəncərədən baxanda üç nəfər mülki geyimli şəxsin həyətin darvazasını açmağa cəhd etdiklərini görüb. Həyətə düşüb kim olduqlarını soruşub: “Üstümə gəldilər, əl-qolumu qandallayıb yerə yıxdılar. Daha bir qrup isə içəri keçib mənzildə axtarış apardı. Məni axtarış zamanı guya dolabdan tapdıqları bağlamanın yanına gətirdilər, şəklimi çəkdilər. Abşeron rayon Polis İdarəsində sənədləri imzalamağa məcbur etdilər. Əks təqdirdə, yoldaşımın da məsuliyyətə cəlb olunacağını dedilər”.

Şahid qismində dindirilən Günay Babayeva ifadəsində Rəfaellə 2013-cü ildə ailə qurduqlarını, evləndikdən sonra ərinin narkotik istifadəçisi olduğunu öyrəndiyini deyib. Rəfael işləməyib, ailənin bütün yükü G.Babayevanın üzərinə düşüb: “Məndən pul istəyirdi, verməyəndə evdəki əşyaları satır, özünə narkotik alırdı. Artıq bezmişdim. Ona görə də, polisə gedib şikayət ərizəsi yazdım”.

G.Babayeva ifadəsində polisə getməkdə məqsədinin əslində ərini qorumaq olduğunu söyləyib: “Həyat yoldaşımı ölümdən qurtarmaq istədim. İstəyirdim ki, bir-iki il həbsə göndərsinlər. Çünki bir gün əvvəl narkotikə görə intihara cəhd etmişdi. Polisə dedim ki, ərim evdəki əşyaları satıb özünə narkotik alır, mənə köməklik edin. Polisin məsləhəti ilə ərizə yazdım”.

Şahid ifadəsində ərinin heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmadığını məhkəmənin diqqətinə çatdırıb.

Məhkəmənin hökmü ilə Rəfael Babayev cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 8 il müddətinə azadlıqdan məhrum edilib.
Dün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Dün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Dün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Dün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Dün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Dün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Dün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Dün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Dün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Dün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Dün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Dün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Dün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Dün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Dün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
7-09-2026, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
7-09-2026, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
7-09-2026, 16:51
Kanaldan meyit tapıldı
7-09-2026, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
7-09-2026, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
7-09-2026, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
7-09-2026, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
7-09-2026, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
7-09-2026, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
7-09-2026, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək