Günvurma zamanı bunları etmək lazımdır?

Son günlər paytaxt Bakıda küləkli hava şəraiti müşahidə olunsa da, bölgələrdə, xüsusilə Aran zonasında ciddi istilər müşahidə olunur və bu da günvurmalara səbəb olur.
Məsələ ilə bağlı Axar.az-a danışan həkim-terapevt Mərziyyə Məmmədova bildirib ki, günvurma əksər hallarda başıaçıq şəkildə xeyli müddət gün altında qaldıqda baş verir.
"Günəş şüalarının təsiri nəticəsində beyinə qan axını artır və beyinin qan dövranı pozulur. Bu zaman zərərçəkəndə zəiflik, ürəkbulanma, başgicəllənmə, başağrısı, qulaqlarda küy, təngnəfəslik, nəbzin tezləşməsi, üşütmə, qusma, bədən temperaturunun 40 dərəcəyə və daha artıq həddə yüksəlməsi kimi əlamətlər müşahidə edilir.
Ağır hallarda isə qıcolmalar və huşun itirilməsi də ola bilər. Bəzi hallarda bu əlamətlər dərhal, bəzi hallarda isə Günəş altında qaldıqdan bir neçə saat sonra evə gəldikdə baş verir", - həkim bildirib.
M.Məmmədovanın sözlərinə görə, günvurmanın ilkin əlamətləri müşahidə edilən kimi zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarlarını çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq lazımdır:
"Zərərçəkənə soyuq su verilməli, üzü və sinəsi sərin su ilə silinməlidir. Həmçinin, başına, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya soyuq su ilə kompres qoyulmalıdır.
Bundan başqa, zərərçəkəni soyuq suda isladılmış parçaya bükmək və başına buz qoymaq olar. Temperaturu normaya çatdıqda isə quru parçaya bükmək lazımdır".
Dün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Dün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Dün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Dün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Dün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Dün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Dün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Dün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Dün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Dün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Dün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Dün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Dün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Dün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Dün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
7-09-2026, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
7-09-2026, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
7-09-2026, 16:51
Kanaldan meyit tapıldı
7-09-2026, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
7-09-2026, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
7-09-2026, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
7-09-2026, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
7-09-2026, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
7-09-2026, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
7-09-2026, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək