Dini, yoxsa rəsmi nikah? - Subaylar OXUSUN!

Cəmiyyətimizdə rəsmi nikahla yanaşı, qeyri-rəsmi nikaha daxil olanların da sayı kifayət qədərdir.
Rəsmi nikahdan fərqli olaraq, qeyri-rəsmi nikah "faktiki nikah" adlanır. Bu nikah dini qaydada kəbin kəsmək yolu ilə həyata keçirilir. Bu gün cəmiyyətimizdə faktiki nikahla yaşayan ailələrin sayı heç də az deyil. Nikahla bağlı maraq doğuran amillərdən biri hansı nikah növünün daha vacib olması ilə bağlıdır. Əksər insanlar belə hesab edir ki, rəsmi nikahdan sonra dini kəbin kəsdirmək doğrudur. Bunun əksini düşünənlər isə ilk üstünlüyün dini kəbinə verilməsini zəruri sayır.
Maraqlıdır ki, nikah bağlanmasında hansı üsul ilk olmalıdır?
Məsələ ilə bağlı vəkil Xəyal Bəşirov Redaktor.az-a açıqlamasında bildirib ki, dini kəbinin rəsmi nikahdan öncə və ya sonra bağlanması ilə bağlı göstəriş yoxdur:
“Dini kəbinin hüquqi qüvvəsi yoxdur. Buna görə də istənilən vaxt bu nikah bağlana bilər. Hər bir halda dini kəbin qanun tərəfindən qadağan olunmayıb. Bu nikah növü gələcəkdə nikahla bağlı yarana biləcək heç bir hüquqi məsələlərə təsir edə bilmir”.
Vəklin sözlərinə görə, dini kəbin məhz insanların inancına bağlıdır və hüquqi cəhətdən qanunvericlik bu cür ər-arvadın hüquq və vəzifələrini müəyyən etmir:
“Qanunvericiliyə görə, nikah rəsmi şəkildə qeydiyyat orqanlarında dövlət qeydiyyatına alınmalıdır. Ər-arvadın hüquq və vəzifələri nikah rəsmiləşdirildikdən sonra müəyyən edilir. Digər nikahlar isə qanuni cəhətdən dövlət tərəfindən tanınmır. Azərbaycan əhalisinin 98%-i müsəlmandır. Bu baxımdan dövlət inanclara hörmət edir və buna görə dini nikahı qadağan etmir. Bununla yanaşı, dini nikah dövlət tərəfindən rəsmi olaraq tanınmır. Yəni, sadəcə dini nikah bağlayan ər-arvad gələcəkdə heç bir hüquqi nəticəyə sahib ola bilməz. Hətta ailənin gələcəkdə uşağı olsa belə, ata adının yazılması üçün rəsmi nikahın olması vacibdir”.
Qeyd edək ki, bu ilin ilk dörd ayında qeydiyyat şöbələri tərəfindən 18273 nikah halları qeydə alınıb. Ötən il rəsmi qeydə alınmamış nikahda olan qadınlar tərəfindən isə 20 716 uşaq dünyaya gətirilib.
Dün, 18:14
Azərbaycanda minadan zərərçəkmişlər ödənişsiz psixoloji yardım alacaqlar
Dün, 17:25
Naxçıvan üzrə sentyabr ayının pensiyaları ödənilib
Dün, 16:52
“Gənclik Mall”da xəbərdarlıq sistemi texniki xəta səbəbindən işə düşüb
Dün, 16:17
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçirilib, 90-dan çox vakansiya təqdim olunub
Dün, 15:33
Bakı İqlim Həftəsində gənclərin iqlim dəyişikliyi ilə mübarizədə rolu müzakirə olunub
Dün, 14:55
Pezeşkian İranın ABŞ və İsrailə qarşı müqaviməti davam etdirəcəyini bildirib
Dün, 14:35
Media və Yayım Şurasına sədr və üzvlər təyin edilib - SİYAHI
Dün, 13:11
Sabah ölkə ərazisində 28 dərəcə isti olacaq
Dün, 12:45
Təhsil göstəricilərinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməli olan bölgələr açıqlanıb
Dün, 12:18
İlham Əliyev Şimali Makedoniya Prezidentinə təbrik məktubu göndərib
Dün, 12:00
Sumqayıtda evdə 21 yaşlı qızın meyiti tapılıb
Dün, 11:17
Kolleclərə boş qalan yerlər üzrə ixtisas seçimi başlayıb
Dün, 10:26
Küləkli havada 4 nəfər xəsarət alıb
Dün, 10:04
Ukrayna və Rusiya qarşılıqlı zərbə mübadiləsini davam etdirir
Dün, 09:19
Hacıqabulda avtomobil aşıb, 2 nəfər ölüb, 5 nəfər xəsarət alıb
Dün, 08:53
Bu gün Sabunçu və Suraxanı rayonlarının bir hissəsində qaz olmayacaq
7-09-2026, 18:16
İsveç 10 ədəd HIMARS reaktiv sistemi alacaq
7-09-2026, 17:40
Qobustanda daha bir körpü cəmi 38 günə inşa edilib
7-09-2026, 16:51
Kanaldan meyit tapıldı
7-09-2026, 16:06
“44” bədii filminin premyerasının keçiriləcəyi tarix məlum olub
7-09-2026, 15:36
Bolqarıstan MN-in nümayəndə heyəti Azərbaycanda səfərdə olub
7-09-2026, 15:09
Qiymətləndiricilər Palatasında məhkəmə ekspertizası üzrə təlim keçirilib
7-09-2026, 14:47
Əziz Səncər "Şöhrət" ordeni ilə təltif edilib
7-09-2026, 14:33
İpoteka və Kredit Zəmanət Fonduna yeni sədr təyin edildi
7-09-2026, 13:52
Vladimir Putin Azərbaycan Prezidentinə zəng edib
7-09-2026, 13:29
Sabah Bakıda və rayonlarda yağış yağacaq - PROQNOZ
7-09-2026, 12:53
Bakıda kamandan oxatma üzrə şəhər çempionatı keçiriləcək