Cümə axşamı, 15 Fevral 2018 00:00

Suriyada 15 rusiyalı ölüb

Yazan

Suriyanın Deyr Əz-Zor vilayətində, Təbiyə Cəzirə yaşayış məntəqəsində yerləşən silah-sursat anbarının partlaması nəticəsində özəl hərbi şirkətin əməkdaşı olan 15 rusiyalı ölüb.

Bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu məlumat yayıb.

“ÖHŞ-də çalışan 15 rusiyalı silah-sursat anbarında baş vermiş partlayış nəticəsində həlak olub”, - deyə Britaniya qəzeti təşkilatın rəhbəri Rami Abdül Rəhmandan sitat gətirib.

Qeyd olunur ki, arsenal suriyalı hərbçilərin silah-sursat ələ keçirməyə çalışdığı vaxt tələ tipli minanın işə düşməsi nəticəsində partlayıb. 

Xeber. info 

Xeber.info Türkiyə mediasına istinadən xəbər verir ki, Vasat camaatının rəhbərlərindən olan Şahmərdan Sarı Hoca adlı sünni şeyxi İraq Kürdüstanından Türkiyəyə geri qaytarılıb. O bəzi ittihamlarla Türkiyədə axtarışda olub. Şahmərdan Sarı Hoca Türkiyədə "28 Fevral olayları" zamanı 12.5 il həbs cəzası almış, bir müddət sonra İraq Kürdüstanında həbs olunaraq oradakı həbsxanalarda 3 il 6 ay idi saxlanılırdı.

Tərəfdarları onun Fətullah Gülən əleyhdarı olduğuna görə, hədəfə tuş gəldiyini bildirirlər. Lakin rəsmi açıqlamalara görə, o silahlı qruplaşma yaratmaqda ittiham edilir.

Türkiyənin istəyilə İraq Kürdüstanı onu Türkiyəyə ekstradisiya edib. Məhkəməyə çıxarılan Şahmərdan Sarı Hoca barsində həbsqətiamkan tədbiri seçilərək Metris qapalı tipli həbsxanaya göndərilib. Onun məhkəməsinin yenidən keçirilməsi və azad edilməsi üçün sosial şəbəkələrdə kampaniyalara start verilib.

Xeber.info

“Prezident, parlament, bələdiyyə seçkiləri və refrendumlar seçki sahəsində nailiyyətlərin artırılmasına nail olunub. Beynəlxalq təşkitlatlar hər dəfə seçki sahəsində irəliləyişlərin əldə olunduğunu qeyd edirlər “. 

Bunu bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) dairə seçki komissiyalarının sədrləri üçün təşkil etdiyi seminar-müşavirədə, “Azərbaycan Respublikası Prezidentinin seçkilərinin hazırlanması və keçirilməsi prosesində yerli icra orqanlarının vəzifələri və onların seçki komissiyaları ilə qarşılıqlı fəaliyyəti” mövzusunda çıxış edən Prezidentin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi – şöbə müdiri Zeynal Nağdəliyev bildirib.

Z. Nağdəliyev deyib ki, DSK-ların fəaliyyəti seçki prosesinin daha demokratik və şəffaf keçirilməsində önəmlidir: “Seçkilərin demokrati k və şəffaf keçirilməsi sahəsində Azərbaycan prezidenti müvafiq tələblər, vəzifələr qoyub. Əvvəllər bizdə hər seçkidən sonra DSK-ların, məntəqə seçki komissiyalarının ləğv olunması, icra hakimiyyəti başçılarının işdən azad olunması baş verirdi. Artıq bu kimi hallar keçmişdə qalıb. “.

Prezidentin köməkçisi qeyd edib ki, seçkilərin demokratik keçirilməsinin əsas şərti ictimai-siyasi sabitlikdir: “Azərbaycan bu sahədə nümunəvi ölkələrdən biridir. Sabitliyin əsasında iqtidar-xalq birliyi durur. Ölkəmizdə mühit dəyişib, insanlar 15 il əvvəlki dövlətdə yaşamırlar. İnkişaf etmiş, demokratik ənənələrin daha inkişaf etmiş bir ölkədə yaşayırlar”.

Xeber.İnfo

Xarici işlər naziri Elmar Məmmədyarov 16-17 fevral tarixlərində keçiriləcək Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya işgüzar səfərə gedəcək.

 XİN-in mətbuat xidmətindən verilən xəbərə görə, səfər çərçivəsində nazirin Münhen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulub.

Xeber.İnfo 

Bu il Həcc ziyarəti zamanı ölən zəvvarların ailəsinə, eləcə də səhhətində problem yaranan zəvvarlara Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən kompensasiya ödəniləcək.

Həcc ziyarəti ilə bağlı zəvvarla imzalanan müqavilədə qeyd olunur ki, ziyarət zamanı dünyasını dəyişən zəvvarın ailəsinə 4500 manat maddi yardım ediləcək.

Ziyarət zamanı səhhətində ciddi problem yaranmış zəvvara da təqdim edilmiş tibbi sənədlər əsasında təşkilatçı tərəfindən dəymiş zərər nəzərə alınmaqla ziyarət bitdikdən sonra 2 aydan çox olmamaq şərti ilə müalicə üçün 2 000 manatdək maddi yardım ediləcək.

Bildirilir ki, Səudiyyə Ərəbistanı qanunlarına görə, Həcc ziyarəti zamanı dünyasını dəyişən şəxs ziyarət yerində dəfn olunur.

Qeyd edək ki, Azərbaycanda Həcc ziyarətinə sənəd qəbulu başlayıb, ziyarətin qiyməti 4150 ABŞ dollarıdır.

Azərbaycandan Həcc ziyarətini QMİ təşkil edir.(Apa)

Cümə axşamı, 15 Fevral 2018 00:00

“O mənim sinəmə toxundu, vurdum” - VİDEO

Yazan

“Mən heç kimə imkan vermərəm ki, əynimdən paltarımı çıxarsın və döşlərimə, bədənimə toxunsun”. 

Bunu Ermənistan parlamentində döyülən qadın deputat Marina Xaçatryan deyib. O, bildirib ki, parlamentdəki iclas zamanı onun sinəsinə toxunulub: “Ara qarışıqda bunu dərk edən kimi həmin adamı özünə gətirmək üçün şillə vurdum. Bəxti gətirdi ki, orda yer dar idi, yoxsa ayağımın da gücünü hiss edəcəkdi”.

Qeyd edək ki, hadisə fevralın 13-də baş verib. Xaçatryan Yerevanın Nubaraşen rayonundan çirkli axıntı sularını qablara dolduraraq gətirib. Bununla da o, həmkarlarını rayonun kanalizasiya sisteminin dəyişdirilməsinə ehtiyacın olduğunu çatdırmaq istəyib. Çirkablı suyun iyi qısa müddət ərzində otağı bürüyüb. Marina Xaçatryan bu suyu Yerevanın meri Taron Markaryana təqdim etmək istəyib. Bu isə hakim Respublikaçılar partiyasının təmsilçilərinin qəzəbinə səbəb olub.

Bir neçə deputat yerindən qalxaraq davaya başlayıblar və davanın gedişində Marina Xaçatryana zərbələr vurulub, qolları dartılıb, saçları yolunub. Bundan sonra Xaçatryan bəyan edib ki, ona qarşı seksual təhdid olunub və bunun əvəzində respublikaçı Edmond Kirakosyana şillə vurub.

2017-ci ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 62923 nikah və 14514 boşanma halları qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Hesabat dövründə əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,5, boşanmaların sayı isə 1,5 olub.

2016-cı il ilə müqayisədə ölkədə nikahların sayı 5,8% azalıb, boşanmaların sayı isə əksinə 10,8% artıb.  

Qeyd edək ki, 2016-cı ildə ölkədə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 66,8 min nikah və 13,1 min boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,9, boşanmaların sayı isə 1,4 olub. 

Cümə axşamı, 15 Fevral 2018 00:00

Tofiq Yaqublunun maşınına hücum olundu

Yazan
Müsavat Partiyasının Divan üzvü Tofiq Yaqublunun maşınına hücum edilib.
 
Xeber.info “qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə ötən gecə baş verib.
 
Avtomobilin sağ arxa qapısının şüşəsi sındırılıb. T.Yaqublu bildirib ki, maşından heç nə oğurlanmayıb.
 
Qeyd edək ki, T.Yaqublu bir gün əvvəl, fevralın 14-də Müsavat başqanı Arif Hacılının qərarı ilə müavinlikdən çıxarılıb.
Azərbaycanda 11 yaşlı oğlan uşağı qarında dəhşətli ağrılar, ürəkbulanma şikayətləri ilə həkimə müraciət edib. Müayinə nəticəsində məlum olub ki, uşağın qaraciyərində 12 sm ölçüdə qurd kistası – Exinokokk var. Bir müddət dərman müalicəsi aldıqdan sonra cərrahi əməliyyat aparılıb.
Xeber.info - medchina.az-a istinadən xəbər verir ki, uşaq cərrahiyyəsi uzmanı Fuad Hüseynov qaraciyərin 7-8 seqmentində diafraqmaya bitişik yerləşən nəhəng kistanı çətin cərrahi texniki üsullarla xaric etməyi bacarıb.
Uğurlu əməliyyatdan 3 gün sonra uşaq evə yola salınıb.
Uşaq üçün olduqca böyük hesab olunan Exinokokun orqanizmə ev heyvanları ilə təmasdan yoluxduğu təxmin olunur.

Xeber.İnfo-a daxil olan məlumata görə, Bakı kəndlərində məmurlara məxsus pomidor parniklərində çalışan xanımların şəxsiyyət vəsiqələri yığılır. Parnikdə çalışan bir xanım adının açıqlanmasını istəmədən qeyd edir ki, şəxsiyyət vəsiqəmizi tələb edirlər. Deyirlər ki, İlham Əliyev gələcək, onunla görüşmək üçün vəsiqələrinizi gətirin qeydiyyatdan keçin. Seçkiylə bağlı olduğunu başa düşürük. Çox güman ki, vəsiqələrimizin seriya nömrələrini götürüb bizim yerimizə İlham Əliyevə səs verəcəklər. Lakin əlacsız qalıb burda işlədiyimiz üçün etiraz edə bilmirik. Çoxumuzun həyat yoldaşı iş tapa bilmir, biz də məcburuq, heç olmasa çörək pulumuz çıxır. Etiraz eləsək acından ölərik.

Qeyd edək ki, bir bir müddət əvvəl İlham Əliyev pomidor monopoliyasını kürəkəninə həvalə etmiş və dövlət büdcəsindən böyük məbləğdə vəsait ayırmışdı.

4 -dən səhifə 165