Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti
Cəmiyyət
Oxunub: 53
26 Ağu 2026 | 14:24
 Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti

Xeber.info-un baş redaktoru Lamiyə Əliqızı bildirir ki, Azərbaycanın ictimai-siyasi və mədəni salnaməsində elə parlaq simalar var ki, onların həyat amalı hər zaman xalqa xidmətə, xeyirxahlığa və mənəvi ucalığa söykənir. Bu uca zirvədə dayanan Mehriban xanım Əliyeva müstəqil Azərbaycanın humanitar simasını formalaşdıran müstəsna şəxsiyyətdir.

Mehriban xanımın çoxşaxəli fəaliyyəti heç vaxt hüdudlu çərçivələrə sığmır. Dövlətçilik təfəkkürü ilə ictimai təşəbbüslərin vəhdəti onun hər bir addımında aydın hiss olunur. Onun adı çətinə düşənlərin ümid ünvanına, cəmiyyətə işıq saçan xeyirxahlıq simvoluna çevrilib.

İnsan amilinin hər şeydən uca tutulduğu bu fəaliyyət trayektoriyasında həssas kateqoriyadan olan insanlar – uşaqlar, aztəminatlı ailələr, şəhid ailələri və qazilər, eləcə də sağlamlıq imkanları məhdud olanlar hər zaman diqqət mərkəzindədir. Heydər Əliyev Fondunun rəhbəri kimi Mehriban xanımın birbaşa təşəbbüsü ilə ölkə miqyasında inşa olunan və yenidən qurulan məktəblər, bağçalar, səhiyyə və mədəniyyət ocaqları bu nəcib missiyanın əyani sübutudur. Görülən hər bir iş, reallaşan hər bir layihə vətəndaşların sosial rifahına, gələcəyin isə daha etibarlı təməllər üzərində qurulmasına xidmət edir.

Bu tükənməz qayğıkeşlik yalnız ölkə daxili ilə məhdudlaşmır. Mehriban Əliyevanın təşəbbüsləri beynəlxalq müstəvidə də Azərbaycanın humanist dəyərlərə bağlılığını, mərhəmət və həmrəylik prinsiplərini bütün dünyaya tanıdan mühüm körpüdür.

Böyük layihələrin və tarixi təşəbbüslərin arxasında dayanan əsas dəyər səmimiyyət, insana dərin sevgi və sabahın daha aydın olması istəyidir. Məhz bu səbəbdən xalq arasında ona bəslənən sonsuz sevgini və onun xeyirxahlıq yolunu poetik şəkildə “Mərhəmət İlahəsi” adlandırmaq tamamilə haqlıdır. Çünki mərhəmət sözlə deyil, illərlə görülən böyük əməllər, nümayiş etdirilən nəcib davranışlarla ölçülür.

Bu gün Mehriban xanım Əliyevanın həyata keçirdiyi hər bir xeyirxah əməl cəmiyyətimizdə həmrəylik və humanizm duyğularını daha da möhkəmləndirir. Bu fəaliyyət gələcək nəsillərə unudulmaz bir həqiqəti – insana edilən hər bir yaxşılığın bütövlükdə cəmiyyətə inam və işıq bəxş etdiyini hər an xatırladır.
Bugün, 15:42
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Bugün, 15:23
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Bugün, 14:50
Gəncədə bəzi mağazalarda kart ödənişindən imtina: Vətəndaşlar niyə nağda yönləndirilir?
Bugün, 14:24
Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti
Bugün, 13:18
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
Bugün, 12:29
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Bugün, 11:18
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Bugün, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Bugün, 09:54
Bu gün Laçın Şəhəri Günüdür
Bugün, 09:28
Bu gün Mehriban Əliyevanın doğum günüdür
Dün, 18:40
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
Dün, 18:11
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
Dün, 17:20
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
Dün, 17:02
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
Dün, 16:40
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
Dün, 16:08
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
Dün, 15:53
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
Dün, 15:16
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
Dün, 14:48
Oğuzda avtomobil aşıb, 7 nəfər xəsarət alıb - YENİLƏNİB
Dün, 14:06
Azər Məmmədov Qaxda vətəndaşları qəbul edəcək
Dün, 12:44
DİM sədri: Bu il ali təhsil müəssisələrinin qəbul planı 97,07 % dolub
Dün, 12:12
İlham Əliyev və Mehriban Əliyeva Xalq artisti Tofiq Bakıxanovun vida mərasiminə əklil göndərib
Dün, 11:10
Azərbaycan XİN Uruqvayı təbrik edib
Dün, 10:22
Qoşqar Təhməzli Şəmkirdə vətəndaşları qəbul edəcək
Dün, 09:43
Azərbaycan nefti 2 dollara yaxın ucuzlaşıb
24-08-2026, 18:53
Ali təhsil müəssisələrinə ixtisas seçiminin nəticələri açıqlanıb
24-08-2026, 18:11
Ukrayna Hikmət Hacıyevi təltif etdi