Ağsuda bruselyoz xəstəliyinə qarşı profilaktik peyvəndləmə tədbirləri aparılır
Cəmiyyət / Səhiyyə
Oxunub: 908
15 Ağu 2018 | 15:14

Ağsuda iribuynuzlu heyvanlar arasında bruselyoz xəstəliyinə qarşı profilaktik tədbirlər aparılır.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Dövlət Baytarlıq Xidmətindən verilən məlumata görə, rayonun Hacıqədirli, Ərəbuşağı, Kalva, Nuran, Gəgəli, Sarvan və digər kəndlərində cavan iribuynuzlu heyvanlarda bruselyoz xəstəliyinə qarşı peyvəndləmə işləri aparılır.

Peyvəndləmə Türkiyə istehsalı olan "Brudoll-A” vaksini ilə 3-8 aylıq dişi (damazlıq) heyvanlara göz-damcı üsulu ilə sağ qulağa nişan vurmaqla həyata keçirilir. İndiyə kimi rayon ərazisində bruselyoz xəstəliyinə qarşı 4500 baş iribuynuzlu, 19 100 baş xırdabuynuzlu heyvanda peyvənd işi aparılıb. Epizootik plana uyğun olaraq peyvəndləmə tədbirinin 6200 baş iribuynuzlu heyvanda aparılması nəzərdə tutulur.

Eyni zamanda bruselyoz xəstəliyinin diaqnostikası məqsədilə 7105 baş iribuynuzlu heyvandan, 2508 baş qoçdan qan nümunələri götürülərək seroloji müayinə olunub.

 

Qeyd edək ki, 2018-ci ilin yanvar-iyul ayları ərzində respublika üzrə bruselyoz xəstəliyinə qarşı 1 462 309 baş xırdabuynuzlu heyvanda "Rev-1” vaksini ilə, 329461 baş iribuynuzlu heyvanda "S-19” vaksini ilə peyvəndləmə işləri aparılıb. Hal-hazırda ölkə ərazisində bu xəstəliyə qarşı peyvəndləmə tədbirləri davam etdirilir.

Həmçinin həssas heyvanlar arasında bruselyoz xəstəliyini aşkar etmək, xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu il 513 040 baş iribuynuzlu, 150 652 baş xırdabuynuzlu heyvanlardan qan nümunəsi alınaraq seroloji müayinə edilib.

Qeyd edək ki, heyvanlar arasında bruselyozun ləğv edilməsi insanlarda bu xəstəliyin qarşısının alınmasının ən yaxşı yoludur.

Bugün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Bugün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Bugün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Bugün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Bugün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Bugün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
Dün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Dün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Dün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Dün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Dün, 11:13
Milli Məclisin iclası başlayıb
Dün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Dün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Dün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Dün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb