Azərbaycanda faizsiz kredit nə vaxt reallaşacaq? - GƏLİŞMƏ
Rusiya Mərkəzi Bankı 2023-cü ildə Çeçenistan və Dağıstanda İslam bankçılığı üzrə pilot layihəyə start verəcək. Avqustun 4-də Mərkəzi Bank sanksiyalar fonunda maliyyə bazarının inkişafı ilə bağlı hesabat dərc edib və bu hesabatda digər məsələlərlə yanaşı, tərəfdaş maliyyələşdirmənin rolunu gücləndirməyi təklif edib.
Bunu etmək üçün Rusiyanın ayrı-ayrı subyektlərinin ərazisində sınaqlar keçirmək lazımdır, bunun nəticəsində tərəfdaşın maliyyələşdirilməsinin qanunvericilik tənzimlənməsinin digər bölgələrə də genişləndirilməsi barədə qərar qəbul ediləcək. Rusiya Mərkəzi Bankı deyib ki, söhbət İslam bankçılığından gedir. Eksperiment 2023-cü ildə Çeçenistan və Dağıstan ərazisində baş tutacaq.
Məsələ Maliyyə Nazirliyi tərəfindən Mərkəzi Bankla birgə işlənir.
Qeyd edək ki, İslam bankçılığının şəriətin dini prinsiplərinə əsaslanan bankçılıq üsulu olduğu, məsələn, faizlərin ödənilməsi və yığılmasına qadağa qoyulmasının nəzərdə tutduğu deyilir. Bu gün ölkəmizdə bankların yüksək faizlə kredit verdiyi faktdır və məhz bu baxımdan əhali həmin kreditlərin ödənişi ilə bağlı problemlərlə üzləşir. Hələ bir neçə il əvvəl Azərbaycanda da İslam bankçılığının tətbiqi nəzərdə tutulsa da, reallaşmadı. iqtisadçı-ekspert Əkrəm Həsənov Cebhe.info-ya bildirib ki, ölkədə faizlərin yüksək olmasının əsas səbəbi bankların özünə də maliyyələşmənin baha başa gəlməsidir:
“Yəni banklar kredit kimi öz pulunu vermir, kimdənsə borc götürürlər. Bu isə bank əmanətçiləridir ki, bu gün sığortalanma 12 faizdir. Bu rəqəmlə əmanət götürən bank hansı faizlə kredit verəcək? O da faizi daha yüksək verəcək. İkinci mənbə isə Mərkəzi Bankdan kredit götürməkdir ki, uçot dərəcəsi hazırda 7,75 faizdir. Təəssüf ki, Mərkəzi Bank bütün banklara sağlam rəqabətli kreditlər vermir. Buna görə də banklar üçün Mərkəzi Banklardan kredit götürmək çətindir. Nəhayət, üçüncü problem odur ki, Azərbaycanda məhkəmə-hüquq sisteminin vəziyyəti çox ağırdır. Buna görə də bankların verdiyi kreditlər üzrə risklər yüksəkdir. Onlar bilir ki, kimsə kredit verməyəndə, yaxud gecikdirəndə, bankların həm rəsmi vəkilə, işçiyə, həm də qeyri-rəsmi məhkəməyə, icra məmuruna çox xərci çıxacaq. Həmin xərcləri bağlamaq üçün faizləri yüksək edir”.
İslam bankçılığına gəldikdə isə ekspert deyir ki, o, ölkədə bunu təklif edən ilk şəxs olub:
“Hələ 2011-ci ildə “Azərbaycanın bank hüququ” adlı kitabım çıxıb. Orada mən bunu təklif etmişəm. İslam bankçılığı yalnız müsəlman ölkələrində yox, bütün dünyada, Avropada, ən inkişaf etmiş ölkələrdə, məsələn, Britaniyada da var. Ümumiyyətlə, sələmçilik yalnız İslam dinində qadağan edilməyib. Yəni yəhudi və xristianlıqda sələmlə pul vermək qadağandır. Bu baxımdan İslam bankçılığının xidmətlərindən yalnız müsəlmanlar istifadə etmir. Azərbaycanda da İslam bankçılığını çoxdan tətbiq etmək lazımdır. Təəssüf ki, illərdir bu barədə danışırlar, qanunlar qəbul edəcəyik deyirlər. Ancaq bu, böyük problemdir. İslam bankçılığı haqqında qanunlar qəbul edilsə belə, nə dərəcədə səmərəli olacağı sual altındadır. Çünki İslam bankçılığı şəffaflıq tələb edir. Bu da bizim iqtisadiyyatımızda və bank sistemində yoxdur. Heç 50 faiz belə, yoxdur”.
Ekspertin sözlərinə görə, vətəndaş ənənəvi banka gedib, məsələn, 12 faizlə əmanət qoyursa, onu maraqlandırmır ki, o bank gəlirli, yaxud gəlirsizdir:
“Bank da həmin pulu götürüb kiməsə kredit verir və onu da maraqlandırmır ki, həmin şəxsin gəliri varmı, yoxsa yox? Ancaq İslam bankçılığında belə deyil. Vətəndaş gəlir banka, əmanət qoyur və orada faiz yoxdur. Vətəndaş banka əmanət qoyanda, sanki bankın səhmdarıdır, bankın gəlirinə şərik olur. Əgər bankın gəliri olmasa, vətəndaşa da heç nə verilməyəcək. Bank da eynidir, kiməsə, məsələn, biznesə kredit verəndə şərti odur. Əgər həmin biznesin mənfəəti olacaqsa, bankın payı var, olmayacaqsa, payı yoxdur. Gərək şəffaflıq olsun və banka əmanət qoyanda bank deməsin ki, mənim mənfəətim yoxdur, pulu da verməsin. Bank da kiməsə kredit verirsə, istəyir o biznes tam şəffaf olsun. Bu, olmadığı təqdirdə Azərbaycanda İslam bankçılığı inkişaf edə bilməz. Bank çalışacaq vətəndaşı aldatsın, sahibkar da çalışacaq bankı aldatsın ki, mənfəətim yoxdur. Bunlar hamısı gərək təmin olunsun ki, Azərbaycanda İslam bankçılığı olsun”.
Dün, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
Dün, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
Dün, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
Dün, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Dün, 15:43
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
Dün, 14:52
“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
Dün, 14:18
Moldovanın hava sahəsində 5 dron müşahidə olunub
Dün, 12:24
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib
Dün, 11:47
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Dün, 11:14
Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib
Dün, 10:39
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Dün, 09:35
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
Dün, 08:57
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
26-08-2026, 18:05
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
26-08-2026, 17:42
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
26-08-2026, 17:14
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
26-08-2026, 16:49
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
26-08-2026, 16:12
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
26-08-2026, 15:42
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
26-08-2026, 15:23
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
26-08-2026, 14:50
Gəncədə bəzi mağazalarda kart ödənişindən imtina: Vətəndaşlar niyə nağda yönləndirilir?
26-08-2026, 14:24
Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti
26-08-2026, 13:18
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
26-08-2026, 12:29
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
26-08-2026, 11:18
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
26-08-2026, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
26-08-2026, 09:54
Bu gün Laçın Şəhəri Günüdür
