Naxçıvan MR Kənd Təsərrüfatı Nazirliyində milyonlarla manat mənimsəmə aşkarlandı
Hesablama Palatası 2023-cü il üzrə İş Planına uyğun olaraq bu il fevralın 15-dən martın 18-nə qədər Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyində apardığı yoxlamalar nəticəsində milyonlarla manat mənimsəmə aşkarlayıb.
xeber.info ali audit qurumuna istinadən xəbər verir ki, yoxlamalar 2021-2022-ci illər üzrə ümumilikdə 27 milyon manat vəsaiti əhatə edib ki, bunun da 1,6 milyon manatı saxlanma xərcləri, 25,4 milyon manatı isə subsidiya ödənişləri ilə bağlı olub.
Audit nəticəsində subsidiya verilməsi üçün ayrılmış vəsaitin 57,2%-nin əsassız xərclənməsi müəyyən edilib. Bu isə subsidiya sisteminin düzgün qurulmamasına, uzun müddət nəzarət mexanizminin tətbiq edilməməsi səbəbindən həmin fəaliyyət üzrə yüksək risklərin yaranmasına şərait yaradıb.
Bundan başqa, aqrar sahədə subsidiya üzrə ölkə prezidentinin fərmanları düzgün tətbiq edilməyib. Belə ki, dövlət başçısının “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” 27 iyun 2019-cu il fərmanını və fərmanla təsdiq edilmiş “Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının və digər qanunvericilik aktlarının tələblərinə əməl edilməyib, “Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi” Naxçıvanda tətbiq edilməyib, nazirlikdə müvafiq işçi qrupu yaradılmayıb, kütləvi informasiya vasitələrində məlumat dərc olunmayıb, kənd təsərrüfatı istehsalçıları üzrə monitorinq və qiymətləndirmə aparılmayıb.
“Kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması” Qaydasının 3.2-ci bəndinin ləğv edilməsinə baxmayaraq, həmin bənd muxtar respublikada tətbiq edilib, ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun 70%-i əkin subsidiyası hesabına, 30%-i isə torpaq mülkiyyətçisi tərəfindən ödənilməsi mexanizmi köhnə qaydada davam etdirilib.
Aparılmış yaz əkinlərinə görə kənd təsərrüfatı istehsalçılarına subsidiya verilmədiyi halda vəsait avans kimi köçürülüb və ilin sonunda qalan vəsait büdcəyə qaytarılmayıb.
2021-ci ildə Naxçıvanda 17 294,6 hektar sahədə aparılmış yaz əkinləri üçün hesablanmış əkin subsidiyasından gübrənin alınması üçün nəzərdə tutulmuş məbləğin 70%-i gübrə istehsalçılarına verilməyib.
2021-ci ildə subsidiya üzrə vəsaitdən 2 milyon manatı nazirlik “Kapital Bank” ASC-nin “Naxçıvan” filialında açdığı hesablaşma hesabında saxlayıb, növbəti ilin subsidyalarının verilməsində istifadə edib .
Rayon komissiyaları və yerlərdə aparılan araşdırma zamanı bir sıra nöqsanların aşkar olunduğu müəyyən edilib. Belə ki, subsidiyanın hesablanması və ödənilməsində;
- icarə müqavilələrinin bağlanmaması;
- müqavilələrdə tərəflərin imzalarının olmaması;
- icarə müqavilələrinin təsdiq edilməməsi və ya sonradan təsdiq edilməsi;
- əkin subsidiyasının verilməsinə əsas verən torpaq sahələrinin təsdiqedici sənədlərdə göstərilən hektarlarla uyğun olmaması;
- subsidiyanın verilməsi üçün digər təsdiqedici sənədlərin olmaması;
- adlarına subsidiya rəsmiləşdirilmiş vətəndaşlara subsidiyanın ödənilmədiyi və bu barədə vətəndaşların xəbərsiz olması halları müəyyən edilib.
Meyvə bağlarına subsidiyaların hesablanması zamanı ən yüksək əmsal tətbiq edilməklə bütün bağlar yeni və intensiv meyvə bağları kimi rəsmiləşdirilmiş, rayon komissiyaları tərəfindən təsdiq edilən adlı siyahılarda meyvə bağları növlərinə görə fərqləndirilməmiş, əkilməyən və ya mövcud olmayan əkin sahələrinə, meyvə bağlarına, üzüm bağlarına, tinglərə, toxumlara və dövlət dəstəyinin digər növlərinə (arı ailələri, süni mayalanma ilə doğulan buzovlar və s.) görə subsidiyanın verilməsi rəsmiləşdirilib ki, bu da digər sahələrdə olduğu kimi dövlət vəsaitlərinin qeyri-qanuni istifadəsinə şərait yaradıb.
Texnikanın güzəştli şərtlərlə satışı zamanı nöqsanlara yol verilib. Belə ki, “Aqrolizinq” ASC tərəfindən “Naxçıvan Aqrolizinq” ASC-yə əvəzsiz verilən traktor və kotanların satışı zamanı büdcə vəsaiti hesabına “Naxçıvan Aqrolizinq”a əsassız olaraq 40 % güzəşt üzrə 58 800 manat subsidiya köçürülüb, texnikaların güzəştli şərtlərlə satışı zamanı alıcıların maliyyə vəziyyəti və digər istiqamətlərdə risklər araşdırılmayıb.
Un subsidiyasının verilməsi üzrə rəqabət mühiti təmin edilməyib. Belə ki, nazirlik İqtisadiyyat Nazirliyinin xətti ilə satılan unun hər tonuna görə un istehsalçılarına köçürülmüş 1,3 milyon manat məbləğində subsidiya vəsaitlərini yalnız 1 istehsalçı olmaqla “Gəmiqaya Holdinq” istifadə edib.
Vəsaitlərin istifadəsi zamanı mühasibat uçotunun bəzi tələblərinə əməl edilməyib. Belə ki, subsidiya üzrə 2021-ci ildə icra edilmiş 18,5 milyon manat, 2022-ci ildə icra edilmiş 6,9 milyon manat vəsait nazirliyin maliyyə hesabatlarında əksini tapmayıb.
Nazirliyin “Araz” Elm İstehsalat Birliyinin Yardımçı Təcrübə Təsərrüfatı “Nağdsız hesablaşmalar haqqında” qanunun tələblərini pozaraq pulun dövriyyəsini nağd qaydada həyata keçirib, mühasibat uçotu aparılmayıb, hesabat tərtib etməyib.
Hesablama Palatasının Kollegiyasının qəbul etdiyi qərarda nazirlikdə aparılan yoxlamanın nəticələri barədə məlumat müvafiq qurumlara göndərilib.
Bugün, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
Bugün, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
Bugün, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
Bugün, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Bugün, 15:43
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
Bugün, 14:52
“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
Bugün, 14:18
Moldovanın hava sahəsində 5 dron müşahidə olunub
Bugün, 12:24
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib
Bugün, 11:47
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Bugün, 11:14
Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib
Bugün, 10:39
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Bugün, 09:35
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
Bugün, 08:57
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
Dün, 18:05
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
Dün, 17:42
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Dün, 17:14
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Dün, 16:49
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Dün, 16:12
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Dün, 15:42
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Dün, 15:23
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Dün, 14:50
Gəncədə bəzi mağazalarda kart ödənişindən imtina: Vətəndaşlar niyə nağda yönləndirilir?
Dün, 14:24
Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti
Dün, 13:18
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
Dün, 12:29
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Dün, 11:18
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Dün, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Dün, 09:54
Bu gün Laçın Şəhəri Günüdür
