Dünya Bankı Azərbaycanda iqtisadi artım proqnozlarını yeniləyib
Dünya Bankı Azərbaycanda iqtisadi artımı 2024-cü ildə 2,3 %, 2025-ci və 2026-cı illərdə isə 2,4 % səviyyəsində proqnozlaşdırır.
Bu barədə Dünya Bankının Avropa və Mərkəzi Asiya iqtisadiyyatlarına dair bu gün açıqladığı “Özəl sektorun gücünün açılması” adlı aprel hesabatında deyilir.
Yanvar ayında dərc edilən proqnoz ilə müqayisədə 2024-2025-ci illərdə ÜDM-in artım tempi 0,1 faiz bəndi azalıb.
Bankın gözləntilərinə əsasən, bu il ölkədə iqtisadi artıma yeni neft platformalarının istismara verilməsi ilə əlaqədar xam neft hasilatının daha az azalması səbəb olacaq.
“Qeyri-enerji sektorunda artımın 2024-cü ildə 4 %-ə qədər yüksələcəyi gözlənilir. Bu, ilk növbədə tikinti sektorunun aktiv şəkildə genişləndirilməsi ilə bağlıdır. Buna da dövlət sektorunun tikintiyə investisiya qoyması təsir edir. Digər sahələrdə də artım templərinin qorunub saxlanacağı gözlənilir. Tələbə gəlincə, istehlak artımının sabitləşəcəyi, dövlət sərmayələri ilə dəstəklənən, lakin özəl investisiyalardakı anemik artım ilə məhdudlaşdırılan investisiya artımının isə mülayim qalacağı proqnozlaşdırılır”, - hesabatda deyilir.
Dünya Bankı ortamüddətli perspektivdə ÜDM-in artım tempinin 2,4 % civarında olacağını, lakin struktur islahatlarının daha sürətlə həyata keçirilməsi ilə dəstəklənəcəyi təqdirdə artımın sürətlənə biləcəyini proqnozlaşdırır.
Eyni zamanda 2024-2026-cı illərdə kənd təsərrüfatında 3 % (2023-cü ildəki 3,2 %-lik artıma qarşı), sənayedə 0,2 % (2023-cü ildəki 0,9 % azalmaya qarşı), xidmət sektorunda 2024-2025-ci illərdə artım 5,3 %, 2026-cı ildə 5,2 % (2023-cü ildəki 3,8 % artıma qarşı) artım gözlənilir.
Hesabata əsasən, əsas kapitala ümumi investisiya 2024-cü ildə 5,4 %, 2025-ci ildə 3,9 %, 2026-cı ildə isə 3,5 % artacaq. 2023-cü ildə artım 9,6 % olmuşdu.
“Neft hasilatının azalması və qeyri-enerji sektorunda ləng artım nəticəsində 2023-cü ildə Azərbaycanın iqtisadi artımı 1,1 %-ə qədər geriləyib. Xarici və daxili təzyiqlərin azalması nəticəsində illik inflyasiya kəskin şəkildə azalaraq 2,1 %-ə düşüb. Yüksək enerji qiymətləri əhəmiyyətli xarici və büdcə profsitinə gətirib çıxarıb. Ortamüddətli dövrdə xam neft hasilatının azalması yavaşladığı və qeyri-enerji sektorunun artımı sürətləndiyi üçün artımın təxminən 2,5 %-ə yaxınlaşacağı proqnozlaşdırılır.
Azərbaycanın əsas ixrac və büdcə gəliri mənbəyi kimi karbohidrogenlərdən davamlı asılılığı onun əsas zəifliyi olaraq qalır. Bu, neft hasilatının azalması, neftin qiymətinin dəyişkənliyi və qlobal miqaysda qalıq yanacaqlardan imtina ilə əlaqədar uzunmüddətli artım perspektivlərini təhlükə altına salır”, - bankın analitikləri bildiriblər.
Onların fikrincə, 2024-cü ilin noyabrında BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasına Tərəflərin Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi iqlim dəyişikliyinin yumşaldılması və ona uyğunlaşma istiqamətində səyləri gücləndirmək üçün fürsət ola bilər: “Təhrifli qalıq yanacaq subsidiyalarının aradan qaldırılması emissiyaları əhəmiyyətli dərəcədə azalda və “yaşıl” iqtisadiyyata keçidi sürətləndirə bilər”.
Azərbaycan hökuməti 2024-cü il üçün ÜDM artımını 2,4 % səviyyəsində proqnozlaşdırır.
Bugün, 11:14
Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib
Bugün, 10:39
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Bugün, 09:35
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
Bugün, 08:57
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
Dün, 18:05
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
Dün, 17:42
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
Dün, 17:14
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
Dün, 16:49
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
Dün, 16:12
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
Dün, 15:42
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
Dün, 15:23
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
Dün, 14:50
Gəncədə bəzi mağazalarda kart ödənişindən imtina: Vətəndaşlar niyə nağda yönləndirilir?
Dün, 14:24
Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti
Dün, 13:18
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
Dün, 12:29
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
Dün, 11:18
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
Dün, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
Dün, 09:54
Bu gün Laçın Şəhəri Günüdür
Dün, 09:28
Bu gün Mehriban Əliyevanın doğum günüdür
25-08-2026, 18:40
Mərkəzi Neftçilər Xəstəxanasında onlayn növbə sistemi istifadəyə verilib
25-08-2026, 18:11
Beynəlxalq axtarışda olan şəxs Qazaxıstandan Azərbaycana ekstradisiya edilib
25-08-2026, 17:20
Sabah Bakı və bəzi bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
25-08-2026, 17:02
Dənizkənarı Bulvar İdarəsi QSC-yə çevrilir
25-08-2026, 16:40
Formula 1 yarışı ilə əlaqədar Azərbaycan viza prosedurunu sadələşdirir - SƏRƏNCAM
25-08-2026, 16:08
Növbəti 3 gün ərzində temperatur 8 dərəcə enəcək - XƏBƏRDARLIQ
25-08-2026, 15:53
Laçında Azərbaycan-Ermənistan enerji əməkdaşlığı üzrə görüş keçirilib
25-08-2026, 15:16
Kriptovalyuta bazarı: Kəskin artım tendensiyası nə dərəcədə qalıcı ola bilər? – TƏHLİL
