Oqtay Şirəliyev qışa hazırlıqla bağlı baş həkimlərə tapşırıqlar verdi
Səhiyyə
Oxunub: 943
13 Ağu 2018 | 11:30

Səhiyyə naziri Oqtay Şirəliyev tibb müəssisələrinin rəhbərləri və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar tapşırıqlar verib.

xeber.info Trend-ə istinadən xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirin "Səhiyyə Nazirliyinin müəssisələrinin 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıq tədbirləri barədə" imzaladığı əmrə əsasən, Nazirliyin müəssisələrinin 2018-2019-cü illərin payız-qış mövsümündə istilik ilə təchiz olunması, elektrik enerjisi ilə dayanıqlı təminatı və yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə Bakı Şəhər Baş Səhiyyə idarəsinin rəisinə, şəhər və rayon səhiyyə idarə və şöbələrinin müdirlərinə, Səhiyyə Nazirliyinin tabeliyində olan müəssisələrin rəhbərlərinə və rayon mərkəzi xəstəxanalarının baş həkimlərinə tapşırılıb ki, sentyabrın 15-nə kimi payız-qış mövsümü ilə əlaqədar təsərrüfat sahəsində görüləcək işlərin müəyyənləşdirilməsi, aşkar edilən nöqsanların aradan qaldırılması üçün tədbirlər planı hazırlanmaqla cavabdeh şəxslər təyin edilsin.

Bununla yanaşı tapşırıqda deyilir ki, qazanxana maşinistləri ilə (ocaqçılarla) əməyin mühafizəsi sahəsində plandankənar təlimat keçirilsin, yalnız xüsusi kurs keçmiş, işə buraxılış vəsiqəsi olan və hər il əməyin mühafizəsi və texniki təhlükəsizlik sahəsində bilikləri yoxlanılan ocaqçılar işə buraxılsın, şöbələrdə, kabinetlərdə, təyinatından asılı olmayaraq bütün iş sahələrində yanğın təhlükəsizliyi qaydalarının tələblərinə əməl edilsin, qeyri-standart və istifadəyə yararsız olan odun və qaz sobalarından, elektrik qızdırıcılarından istifadə qadağan edilsin, qaz təsərrüfatına cavabdeh şəxsin Energetika Nazirliyi Dövlət Qaz Nəzarəti və Fövqəladə Hallar Nazirliyi Sənayedə İşlərın Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyində "Qaz təsərrüfatında təhlükəsizlik qaydaları" ilə əlaqədar bilikləri yoxlanılsın, müəssisənin ehtiyat elektrik enerjisi mənbəyi olan dizel generatorlarına texniki xıdmət mütəmadi olaraq həyata keçirilsin.

 

Qeyd edək ki, nazir iyulun 3-də respublikanın elektrik təminatı sistemində baş vermis açılmalar zamanı bəzi səhiyyə müəssisələrinin elektrik generatorlarında yaranan texniki nasazlıqların gələcəkdə baş verməməsi üçün də "Respublikanın səhiyyə müəssisələrinin elektrik enerjisi ilə fasiləsiz təminatı barədə" əmr verib.

Bu əmrlə Səhiyyə Nazirliyinin tibb idarə və müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, rəhbərlik etdikləri müəssisədə mövcud olan generatorlar mütəmadi olaraq müvafiq texniki müayinədən keçirilsin, elektrik generatorlarının daima işlək vəziyyətdə saxlanılmasına nəzarət üçün müvafiq məsul şəxs təyin edilsin, nasazlıq aşkar olunduğu hallar dərhal aradan qaldırılsın, elektrik generatorları üçün zəruri olan ehtiyat yanacaq təminatı daim nəzarətdə saxlanılsın.

Dün, 18:01
Bərdədə avtomobil evə çırpılıb, 3 nəfər xəsarət alıb - FOTO
Dün, 17:24
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
Dün, 16:38
Balıq ovunda qadağan olunmuş alətlərin siyahısı müəyyənləşdiriləcək
Dün, 16:11
"Sabah" futbol klubuna 5 milyon manat ayrılıb - SƏRƏNCAM
Dün, 15:43
“Qarabağ”ın oyununa görə metronun iş rejimi dəyişəcək
Dün, 14:52
“Gənclik”də avtobusların dayanacaq yeri müvəqqəti dəyişdirilib
Dün, 14:18
Moldovanın hava sahəsində 5 dron müşahidə olunub
Dün, 12:24
Təhsil Tələbə Krediti Fondu ali məktəblərə qəbul olunanlara müraciət edib
Dün, 11:47
İlham Əliyev Maya Sanduya: Əməkdaşlığımızı bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik
Dün, 11:14
Ali Məhkəmə podrat müqavilələri üzrə məhkəmə təcrübəsinə aydınlıq gətirib
Dün, 10:39
DİN sosial şəbəkələrdə saxta xidmətlərlə bağlı vətəndaşlara xəbərdarlıq edib
Dün, 09:35
AVRO-2026: Bu gün Milli Gimnastika Arenasında C qrupunun daha iki oyunu keçiriləcək
Dün, 08:57
BİZİM TƏQVİM:27 avqustda baş vermiş tarixi hadisələr
26-08-2026, 18:05
Tramp: MKİ rəhbərinin Rusiyaya səfəri qismən rutin xarakterlidir
26-08-2026, 17:42
Birinci vitse-prezident Mehriban Əliyeva Elmi-Tədqiqat Pediatriya İnstitutunu ziyarət edib
26-08-2026, 17:14
Ziroat Mirziyoyeva: Mehriban Əliyevanın fəaliyyəti bütün dünyada dərin hörmət qazanıb
26-08-2026, 16:49
Mehriban Əliyeva Bilgəh incəsənət məktəbinin açılışında iştirak edib
26-08-2026, 16:12
Sabahdan Bakıda və rayonlarda külək güclənəcək
26-08-2026, 15:42
10-cu sinif şagirdləri üçün elektron yerdəyişmə başlanılır
26-08-2026, 15:23
Bakıda 10 ünvanda minib-düşmə yerləri və taksi duracaqları təşkil olunub
26-08-2026, 14:50
Gəncədə bəzi mağazalarda kart ödənişindən imtina: Vətəndaşlar niyə nağda yönləndirilir?
26-08-2026, 14:24
Lamiyə Əliqızı: Mehriban Əliyevanın Yaradıcı və Xeyirxah Fəaliyyəti
26-08-2026, 13:18
Daşkənddə İslam dünyasının mədəni irsi və İslama dair stereotiplərlə mübarizə müzakirə edilib
26-08-2026, 12:29
Azərbaycanın kişi boksçulardan ibarət millisi Gürcüstanda təlim-məşq toplanışı keçəcək
26-08-2026, 11:18
Prezident İlham Əliyev "Sabah"ı təbrik edib
26-08-2026, 10:37
Kəmaləddin Heydərov Kəlbəcərdə vətəndaşları qəbul edəcək
26-08-2026, 09:54
Bu gün Laçın Şəhəri Günüdür