Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ
Gündəm / Siyasət
Oxunub: 0
10 Eyl 2024 | 16:26
Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ

 Pis və şər işlərin üstündən illər, əsrlər keçsə də, gec-tez ifşa olunur. Heç kim tarixdə olduğundan yaxşı qala bilmir. Buna dair çoxsaylı örnək var.

Allah sevgisi, din insanların bir-birinə səmimi əlaqələrin yaranmasına, inanmasına başlıca amildir. Ancaq yaranan bu inamdan sui-istifadə halları da olur. Bu hallara bütün dinlərin təbliğatçısı rolunda çıxış edənlər arasında rast gəlmək olar. Amma belə cinayətlər cəzasız qalmır.

Bir neçə il öncə Argentina Ağır Cinayətlər Məhkəməsi 25 uşağı cinsi istismar edən, ikisi rahib olmaqla, 3 nəfərə ağır cəza verib.

Bir neçə il əvvəl Kanadada kilsədə törədilmiş bu məzmunlu cinayətlərin üstü açılıb. Həmin hadisəyə etiraz olaraq yerli hindu tayfaların nümayəndələri dörd katolik kilsəsini yandırmışdı. İllər öncə bu ölkədə yerli sakinlərin ailələrinin uşaqları zorla əllərindən alınıb, katolik internat məktəblərinə cəlb olunub. Kilsədə keşişlər həmin uşaqlara qarşı cinsi zorakılıq tətbiq ediblər. Həmin hadisələrin qurbanı olmuş 215 uşağın məzarı aşkarlanıb. Onda Kanada hakimiyyəti yerli əhalini, hinduları kilsə vasitəsi ilə assimilyasiya edib. Kanadanın qərbində, Britaniya Kolumbiyası da daxil olmaqla, iki yerdə aborigen uşaqların zorla aparıldığı iki keçmiş məktəbin yerində 966 işarəsiz məzar tapılıb.
Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ

İndi demokratiya və insan hüquqlarından danışan Kanada hakmiyyəti hələ də yerli əhalidən törədilən bu vəhşiliyə görə üzr istəməyib.

Bir neçə il əvvəl isə bu ölkədə 36 keşişin müxtəlif illərdə 29 azyaşlıya təcavüz etməsi faktı qeydə alınıb.

Əvvəllər ABŞ-nin Texas ştatında kilsədə azyaşlı uşaqlara təcavüz etməkdə ittiham olunan 286 rahibin adı açıqlanmışdı. Oxşar hadisələr İtaliya və İrlandiyada da baş verib. Roma Papası baş verənlərə görə üzr istəyib.

Bu günlərdə Fransada insanların inam və imanından sui-istifadə etmiş ölkənin dini və xeyriyyəçi simvolu, ikonası sayılan abbat Piyerin cinsi zorakılıq və təcavüzlə məşğul olduğuna dair cinayət əməli ifşa olunub.
Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ

Fransanın ikonasına çevrilmiş, əqidəsinə zidd fəaliyyət göstərmiş abbat Pyer kimdir? Abbat Pyer (Anri Antuan Qrue) 1912-ci il avqustun 5-də Fransanın Lion şəhərində doğulub. 2007-ci il yanvarın 22-də Parisdə ölüb. 1938-ci ildən katolik kilsəsinin keşişi olub. Fransanın ictimai-siyasi xadimi sayılır. Abbat (lat. “abbas” yəhudi, aramı dilində “abba” sözündən götürülüb ata anlamındadır) beşinci əsrdən başlayaraq yalnız monastır keşişlərinə verilən fəxri katolik kilsə tituludur. Pyer abbat titulunu İkinci Dünya Müharibəsi zamanı alıb. O, Fransanın Müqavimət Hərəkatının iştirakçısı olub, yəhudi qaçqınlara yardım edib. “Emmaus” beynəlxalq xeyriyyə təşkilatının (1949) qurucusudur. Bir sıra orden və medallara layiq görülüb. 2005-ci ildə “France 2” televiziya kanalı tərəfindən keçirilən “Bütün zamanların ən böyük fransızı” sorğusunun nəticələrinə görə, o, Şarl de Qoll və Lui Pasterdən sonra üçüncü yeri tutub.

Ölmündən 17 il sonra ilk dəfə bu ilin iyulunda onun əməlləri ifşa olunub. Bu, Fransa cəmiyyətində böyük şoka səbəb olub. Abbat Piyer yeddi qadına qarşı cinsi təcavüz etməkdə günahlandırılır. Məlumatlara əsasən, bu sahədə araşdırmalar ixtisaslaşmış şirkət tərəfindən aparılıb.

Bildirilib ki, Pyerin 1950-2000-ci illərdə törətdiyi əməllərə görə Fransa ilə yanaşı, ABŞ, Mərakeş və İsveçrədən olan zərərçəkənlər də ifadə verib.

Bu iddiaların dərcindən sonra Fransanın ən yüksək yepiskop orqanı faktların aydınlaşdırılması üçün əməkdaşlıq edəcəyini açıqlayıb. Pyerin hərəkət məhdudiyyəti olan insanlarla təkrar cinsi əlaqə, uşaqlara qarşı cinsi təcavüz, seksual xarakterli ifadələr onun əməllərinə dair yeni sübutlardandır.
Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ

Fransa cəmiyyətində insanlar hadisəni eşidəndən sonra şoka düşdüklərini etiraf ediblər.

Bu hadisədən sonra Pyer abbat Fondunun adının dəyişdirildiyinə, xatirə kompleksinin bağlandığına dair xəbərlər yayılıb.

Cinsi həyat bioloji normaların ödənilməsi üçün vacibdir, ancaq katoliklərə ailə qurmaq və cinsi əlaqə qadağan edilib.

Qərb kilsəsində subaylıq andı 6-cı əsrdə Papa Böyük Qriqorinin hakimiyyəti dövründə qanuniləşdirilib. Bu məhdudiyyətdə subaylıq sadəcə evliliyə qadağa deyil, istənilən cinsi əlaqədən imtina kimi də nəzərdə tutulur. Bu qaydanın pozulması ruhani, mənəvi zəiflik kimi dəyərləndirilir. Həmin qadağalara əməl etməyən din xadimi bütün titullardan məhrum edilir.

Yeri gəlmişkən, pravoslav keşişlərə ailə qurmaq və övlad sahibi olmağa icazə verilir.

Araşdırmalar nəticəsində abbat Pyerin fəaliyyətdə olduğu illər ərzində Fransa cəmiyyətini aldatdığı məlum olur. Bütün dinlərin təmsilçiləri arasında belə yaramazlıqlar var. Ancaq onun şokunu cəmiyyət yaşayır. Bu inama, dinə də zərbə vurur.

Hakimiyyət başçısı və ya nümayəndəsi haqqı müdafiə etməyəndə də abbat Pyer kimi davranmış olur.
Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ

Fransanın məşhur aktyoru Jerar Depardye də cinsi zorakılıqda ittiham olunur. O, 2020-ci ildən istintaq altındadır. J.Depardye 2018-ci ildə Şimali Koreyanın yaranmasının 70 illiyi münasibəti ilə bu ölkəyə səfər edib. Buna dair sənədli film çəkilib. “Complément d'enquête” araşdırma filmində aktyorun qadınlara qarşı nalayiq ifadələr işlətməsi və açıq-saçıq jestlər etməsi, o cümlədən yetkinlik yaşına çatmayan qıza qarşı nalayiq hərəkətləri əks olunub. Fransanın bir sıra mədəniyyət və incəsənət xadimləri onu müdafiə edib. Fransa Prezdenti Emmanuel Makron da onun müdafiəsinə qalxıb: “Mənim belə təqiblərdə iştirakımı heç vaxt gözləməyəcəksiniz. O, Fransanı, bizim böyük müəlliflərimizi və onların personajlarını vəsf edib. Fransa onunla fəxr edir”.

2021-ci ildə Fransa prezidenti Emmanuel Makronun şəxsi qərargahının hərbi əməkdaşı Yelisey sarayındakı ziyafətdə cinsi təcavüzə məruz qalıb.

“Libération”un məlumatına görə, zorlama faktı ilə bağlı ilkin istintaq 2021-ci il iyulun 12-də başlayıb. Fransa prezidentinin şəxsi qərargahının əməkdaşı olan gənc hərbçi qadın polisə şikayət edib. O, hərbçi yoldaşını, eyni zamanda Emmanuel Makronun şəxsi qərargahının əməkdaşını iyulun 1-də Yelisey sarayında keçirilən ziyafətdə zorlamada ittiham edib. Bu işlə bağlı hökm indiyədək çıxarılmayıb.
Keşişi abbat Pyer, Prezidenti Makron olan Fransa - ANALİZ

Bu məsələlərdə abbatla Makronu birləşdirən dəyərlər var. Hər ikisi əxlaqsızlığı həyat norması kimi qəbul edir. Pyer bunu gizli, prezident isə açıq-aşkar edir.

Məsələ heç də seksual mahiyyətli cinayətlərdən, əxlaqsızlıqlardan getmir. Fransa vətəndaşı olan müsəlmanlara qarşı ayrı-seçkilik siyasəti yürütmək, islamofob davranış, etiraz aksiyası keçirən çoxsaylı fransızların hüquqlarının tapdanması və s. bu kimi hadisələr cinsi təcavüzdən də ağır əməllərdir. Emmanuel Makron dini ayrı-seçkiliyin təbliğatçısıdır. O deyib: “İslam təkcə bizim ölkədə deyil, bütün dünyada böhran yaşayan bir dindir”. Bu saxtakarlıq və yalanın ən bariz nümunəsidir.

Abbat da saxtakar və yalançı olub. Təəssüf ki, Fransa cəmiyyəti belə bir keşişə inanıb, onu ikonalaşdırıb. İndi o büt yıxılıb, məbədin qapısı bağlanıb. Makron da yalan və saxtakarlığı ilə bir vaxtlar sitayiş etdiyi keşişin əməlini təkrarlayır. Onun da hakimiyyəti bitəcək. Pyerin əməli öləndən, Emmanuelin əməlləri isə indi də ifşa olunur. O, hakimiyyətdə olduğu illərdə dünyanın bir çox bölgələrində ölkəsinin mənafeyinə, nüfuzuna zərbə vurub. Dünyanın siyasi səhnəsində qüdrət sahiblərindən olmuş Fransa indi Makron kimisinin ümidinə qalıb, yaxud bu ölkəni indi Emmanuel təmsil edir. Parlament üzvlərinin onun istefasını istəməsi prezidentə etimadsızlığa örnəkdir.

Abbat ikonalaşsa da, Makronu belə aqibət gözləmir. Çünki o, Pyerdən daha çox əxlaqsızlıq edib.(Report)
Bugün, 11:13
Milli Məclisin iclası başlayıb
Bugün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Bugün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Bugün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bugün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Dün, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
Dün, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
Dün, 17:57
Bu il 116 550 şagird məzun olur
Dün, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
Dün, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
Dün, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
Dün, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
Dün, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
Dün, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
Dün, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
Dün, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
Dün, 11:27
Bakıda obyektdə yanğın başlayıb
Dün, 10:54
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Dün, 10:12
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
Dün, 09:39
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
Dün, 09:09
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb
10-06-2026, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
10-06-2026, 17:29
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib
10-06-2026, 15:55
Sosial şəbəkədə yaş qadağasının yoxlanılması qaydası açıqlanıb
10-06-2026, 15:27
Azərbaycan və Yaponiya energetika sahəsində əməkdaşlığın gücləndirilməsini müzakirə edib
10-06-2026, 14:40
Azərbaycanın şito-ryu karate yığması Avropa çempionatında 8 medal qazanıb
10-06-2026, 14:20
Fransanın ikiüzlü siyasəti - Başqasına azadlıq dərsi keçən Parisin kolonializm ambisiyaları - ŞƏRH