Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Cəmiyyət
Oxunub: 0
25 Nis 2024 | 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ

Bildiyimiz kimi, cari ilin aprel ayının 22-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Moskvada işgüzar səfərdə olmuşdur. O, rusiyalı həmkarı ilə birlikdə Baykal-Amur Magistralının 50 illik yubiley tədbirində iştirak etmişdir.
Azərbaycan və Rusiya prezidentlərinin bu görüşü iki dövlət arasında qədim qonşuluq və dostluq münasibətlərinin sağlam və səmimi olduğunu göstərir. Hazırda iki ölkə arasında iqtisadi-si¬yasi və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir. Bu səfər həm də göstərdi ki, Azərbaycan və Rusiya döv¬lətləri arasındakı mehriban qonşuluq və dostluq siyasətinin mövcud vəziyyəti hər iki ölkənin maraqlarına cavab verir və tərəflər münasibətlərin daha da inkişafın¬da maraqlıdırlar.
Cari il yanvarın 22-də imzalanan “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi” Azərbaycan-Rusiya arasında qarşılıqlı faydalı əməkdaşlığa mühüm töhfə verir, ticari-iqtisadi və investisiya qoyuluşunu sürətləndirir, nəqliyyat, səna¬ye, aqrar və qida təhlükəsizliyi, həmçinin innovasiya və informasiya texnologiyaları sahələrində birgə layihələrin gerçəkləşdi¬rilməsinə əlverişli zəmin yaradır. Hazırda iki dövlətin əməkdaşlıq müna¬sibətlərinin uğurlu inkişafı Qafqaz-Xəzər regionunda sabitlik və təhlükəsizliyin mü¬hüm amilidir. Azərbaycan MDB ölkələri arasında Rusiyanın əsas ticarət partnyor¬larından biridir. Azərbaycan-Rusiya hö-kumətləri arasında sərbəst ticarət, hava nəqliyyatı, elektroenergetika sahələrində əməkdaşlıq, beynəlxalq avtomobil əlaqələri, dəmir yolu nəqliyya¬tı ilə sərnişin və yük daşınmasının təşkili üzrə sazişlər mövcuddur.
Ticarətin asanlaşdırılması və ticarət axınının şaxələndirilməsi, gömrük və sərhəd-keçid infrastrukturunun təkmil¬ləşdirilməsi, dövlət sərhədindən yük da¬şımalarının həcminin, habelə buraxılış məntəqələrinin keçirmə qabiliyyətinin ar¬tırılması və digər istiqamətlərdə görülən tədbirlər nəticəsində Azərbaycan-Rusiya ticari-iqtisadi əlaqələrinin dayanıqlı inkişaf dinamikası təmin edilib. Bununla əlaqədar statistikaya əsaslanıb qeyd edə bilərik ki, 2017-ci illə müqayisədə ticarət dövriyyəsi iki dəfədən çox artaraq, ötən il 4,5 milyard ABŞ dollarına çatıb. Həmçinin 2023-cü ildə iki ölkə arasında ümumi yük daşımalarının həcmi 2017-ci illə müqa¬yisədə 87 faiz, o cümlədən tranzit yüklə¬rin həcmi 4 dəfəyə yaxın artıb. Şimal-Cə¬nub Beynəlxalq Nəqliyyat Dəhlizi ilə yük daşımaları 2017-ci illə müqayisədə 44 faizdən çox olub.
İki ölkə arasında investisiya sahəsin¬də əməkdaşlıq da yüksələn xətlə inkişaf edir. Respublikamızda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin real¬laşdırılması məhz bunun bariz ifadəsidir. Rusiyanın Azərbaycandakı şirkətləri yeni istehsal sahələri, xidmət mərkəzləri ya¬radaraq, sənaye sahəsində daha geniş əməkdaşlığa töhfə verirlər. Hazırda Azərbaycanda Rusiya ka¬pitallı 1400-dən çox müəssisə fəaliyyət göstərir. Onların 300-ə yaxını 100 faiz Rusiya sərmayəsinə malikdir. Ötən il Ru¬siyanın Azərbaycan iqtisadiyyatına birba¬şa investisiyalarının məbləği 300 milyon dollara yaxın olub.
Cari ilin yanvar-fevral aylarında iki ölkə arasında yükdaşımaların ümumi həcmin¬də 10 faizdən çox artım qeydə alınıb. Şi¬mal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəldilib və 2023-cü ildə bu dəhlizlə yükdaşımaların həcmi təxminən 17 faiz yüksəlib.
Rusiya-Azərbaycan arasında turizm imkanları da davamlı olaraq genişlənib. Rəsmi məlumatlara əsasən, ötən il Ru¬siyadan respublikamıza 625 mindən çox turist səfər edib. Qısa müddət ərzin¬də Dağıstan, Tatarıstan, Başqırdıstan, Udmurt, Həştərxan, Ryazan vilayətləri, Perm diyarı və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər hə¬yata keçirilib.
Təbii ki, iki ölkə arasında müşa¬hidə olunan bütün bu uğurların təməlində, qarşılıqlı əlaqələrin möhkəmlənməsində Ümummilli lider Heydər Əliyevin müdrik siyasəti dayanır. Yeri gəlmişkən, dahi şəx¬siyyət istər 1969-1982-ci illərdə Azərbay¬cana uğurla rəhbərlik etdiyi illərdə, istərsə də 1982-ci il noyabrın 22-də Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi¬nin Siyasi Bürosunun üzvü seçiləndən və noyabrın 24-də SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin ediləndən sonra ölkələrimiz arasında münasibət¬lərin möhkəmlənməsini daim diqqətdə saxlayıb, dostluq körpülərinin sarsılmaz sütunlarının formalaşmasında yorulmaz səy göstərib. Dövrün ən böyük infrast¬ruktur layihələrindən olan Baykal-Amur Magistralı tikintisinin sürətləndirilməsində yeni ideyaları ilə adını Azərbaycan-Rusi¬ya dostluq tarixinə qızıl hərflərlə yazdırıb. Xatırladaq ki, bu magistralla ildə, təx¬minən, 180 milyon ton yük daşınıb. Rusiyanın vaxtilə insan ayağı dəyməyən, ucu-bucağı görünməyən əyalətlərində BAM hesabına müasir şəhərlər yaradı¬lıb. Bu yol Rusiyanın tranzit sahəsində də inkişafına böyük təkan verib. Çin, Kore¬ya Respublikası, Vyetnam, Hindistan və digər cənub Şərqi Asiya və Orta Asiya dövlətlərinin Avropa ilə ticarət əlaqələri məhz BAM vasitəsi ilə qurulub. Rusiya ekspertlərinin bildirdiklərinə görə, 2030-cu ilədək BAM-in daha 3,5 min kilometr uzadılacağı, yeni stansiyaların tikiləcəyi nəzərdə tutulub.
Bu gün Azərbaycan Ulu öndərin ide¬yalarını uğurla davam və inkişaf etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə sürətlə inkişaf edir, regionda əməkdaşlı¬ğın və davamlı inkişafın təmin olunması üçün ardıcıl səyləri uğurla həyata keçirir. Bu prosesdə Rusiya ilə əlaqələrin inki¬şaf etdirilməsi xüsusi yer tutur. Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri məhz bu baxımdan mühüm önəm daşıyır.

Təranə Səmədova,
Salyan rayonu Seyidsadıqlı kənd tam orta məktəbin direktoru



13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb