III Dünya Müharibəsini başladacaq HƏMLƏ – Fransa bu silahları Ukraynaya verməyə HAZIRLAŞIR...
Fransa Prezidenti Makron öz hərəkətlərilə Ukraynadakı müharibənin daha da qızışmasına çalışır. Belə ki, bir müddət əvvəl Ukraynaya Fransa hərbçilərini göndərən Makron indi də Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli raketləri Kiyevə vermək istəyir. O, Parisin Kiyevə uzaqmənzilli raketlər vermək qərarına gəldiyini bildirib.
RFI radiostansiyasının məlumatına görə, Fransa artıq Ukraynaya utilizasiya vaxtı çatan uzaqmənzilli “SCALP” raketlərini təhvil verib.
Fransa Ukraynaya göndərmək üçün yeni hərbi partiyası hazırlayır.
“Reuters”in məlumatına görə isə Fransanın müdafiə nazir Sebastyan Lekornu parlament dinləmələrində Ukraynaya göndərmək üçün yeni hərbi yardım partiyası hazırladıqlarını açıqlayıb.
O, bildirib ki, yeni hərbi yardım paketində Ukraynaya daha öncə tədarük edilmiş “SAMP/T” sistemləri üçün “Aster 30” yer-hava raketləri olacaq.
Görünən odur ki, hərbçilərini Ukraynaya göndərən Fransa indi də Rusiya ərazisini vurmaq üçün uzaqmənzilli raketləri Kiyevə vermək istəyir.
Görəsən, bu canfəşanlıqla Makron nə istəyir?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirir ki, natamamlıq kompleksi Makronu belə aqressiv davranışlara sövq edir:
“Makron Fransası Avropa siyasi dəyərlərini və beynəlxalq hüququn bütün qırmızı cizgilərini keçir. Diqqət etsək, görəcəyik ki, Makronun aqressivliyi təkcə Azərbaycana, Cənubi Qafqaza qarşı deyil, bütövlükdə həm də Avropanın özünə qarşıdır.
İki gün bundan öncə Almaniyada səfərdə olan Makron bildirib ki, Avropa heç zaman indiki qədər fərdiyyətçi olmayıb. Bunu deyən zaman görünür, Makron Avropanın ayrı-ayrı müstəqil dövlətlərinin öz hüquqlarını Parisin lehinə məhdudlaşdırılmasını nəzərdə tutur. Belə davranış Avropanın özündə Makrona qarşı bir fikir formalaşdırır.
Avropa Birliyi hər nə qədər müstəqil dövlətlərdən ibarətdirsə və onlar öz müstəqil hüquqlarının bir hissəsini ümumavropa maraqlarına güzəştə gedirlərsə də, bir o qədər də müstəqil dövlətlərdir. Sadəcə, bu güzəştlər ümumi mənafelər naminə edilir. Makron isə düşünür ki, bütün bu güzəştlər Fransa naminə edilməlidir. Yəni Avropanın bütün ölkələri Makron kimi düşmən adlandırsa, onlar da həmin ölkəyə düşmən, kimi dost adlandırsa, ona qarşı da dost olmalıdırlar.
Bu tamamilə absurddur.
Makronun belə davranışı ondakı natamamlıq kompleksindən irəli gəlir. Şəxsiyyət özünə, yürütdüyü siyasətin ədalətli və beynəlxalq hüquqa əsaslandığına əmin olan zaman, bu cür fikirlər səsləndirməz. Ona görə də Makronun bir siyasətçi kimi natamam siyasətçi olduğuna get-gedə daha çox inanıram. Özü də bunun fərqindədir. Məhz natamamlıq kompleksi Makronun bu cür aqressiv davranışlarına gətirib çıxarır.
İndi də o, Rusiyanı hədəf alıb. Məsələ ondadır ki, onun ən yüksək tribunalardan səsləndirdiyi fikirlərin heç biri həyata keçmədiyindən artıq qeyri-ciddi qəbul olunur. Ona görə Makron ya natamamlıq kompleksindən xilas olmalıdır, ya da o, Fransanın nüfuzunu beynəlxalq münasibətlər sistemində daha da gözdən salmaqda davam edəcək”.
Bizim.Media
Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb
