Azərbaycanlı rejissordan qalmaqallı iradlar: “Yeni filmlər gənclərin əxlaqını pozur”
Gündəm / Mədəniyyət
Oxunub: 827
7 Nis 2019 | 17:00
Azərbaycanlı rejissordan qalmaqallı iradlar: “Yeni filmlər gənclərin əxlaqını pozur”

Rejissor Cəlaləddin Qasımov: “Öz pulumuza filmlərimizi tanıdırıq, bizə kömək lazımdır”

“Şollerin arxivi” filmi ilə Azərbaycanda, eləcə də, xarici ölkələrdə diqqətləri üzərinə çəkən rejissor Cəlaləddin Qasımov “Yeni Müsavat” qəzetinin redaksiyasında qonaq olub.

Suallarımıza cavab verən rejissorla söhbətə beynəlxalq festivallarda qazandığı uğurlardan başladıq:

“Festivallarda orada iştirak edənlərə üstünlük verirlər. Biz isə filmimizi göndərsək də, özümüz gedə bilmirik. Hər şeyi öz gücümüzə edirik. 8 festivalda birinci yerə layiq görülmüşük. Mənə təsir edən erməni filmlərinin festivallarda üstünlük təşkil etməsidir. Onlar Qarabağ mövzusunda, Xocalını tərsinə çəkib, dünyaya çatdırır. Ermənilər 6 ölkə ilə birlikdə “Axırıncı sakin” adlı film çəkiblər. Filmdə Azərbaycan ermənilərə hücum edir, tək qalan bir qız atasını gözləyir. Atasını azərbaycanlılar əsir götürür, dəlixanaya salır və ermənilərə geri qaytarmır. Ssenari bu səpkidədir. O filmlə bir neçə festivalda rastlaşmışam. Ermənilər 2018-ci ildə Kannda keçirilən “Aralıq dənizi” festivalına o filmlə qatılmışdı. Amma birincilik uğrunda mübarizədə biz onları keçdik. Daha sonra mənə mesaj gəldi ki, filminiz çox gözəl idi, rüsum ödəmədən bütün filmlərinizi göndərə bilərsiniz”.

– Hazırda festivallara göndərdiyiniz hansı film var?

– Kanndan istək oldu deyə iki sənədli film göndərmişik. Nobel qardaşları ilə bağlı film çəkmişəm. Onu göndərdim. Çünki Nobel qardaşlarını dünyada hamı tanıyır. Onların Azərbaycandakı fəaliyyətindən çox az adam məlumatlıdır. Ikinci film isə Stalinlə bağlıdır. Hər iki film ibaxış üçün Kanna göndərdik. O filmləri 6-7 A kateqoriyalı festivala göndərmişik. İnanıram ki, bu filmlər də “Şollerin arxivi” və “Edam günü “ kimi Azərbaycanı dünyada tanıdacaq.

– Ard-arda bir neçə festivalda birincilik qazandınız. Lakin sizin bu uğurlarınıza inanmayanlar da oldu…

– Hollandiyada “Europan” festivalında finala çıxdıq. Azərbaycanda yazırdılar ki, inandırıcı deyil. Əlimdə sübutlar var. Bu qədər yalanı necə demək olar?

“Şollerin arxivi” bədii filmi beynəlxalq festivallarda qazandığı uğuruna şübhə ilə yanaşanlara bildirmək istəyirəm ki, bu siyahıda adı gedən hər bir festivalların adlarını və tarixini yoxlaya bilərlər. Bu meydan, bu da ekran. Mənə təsir edən odur ki, Avropa, Amerika festivallarında seçilmiş filmlərin siyahısına baxanda, erməni filmləri ilə tez-tez rastlaşıram. Həm də Qarabağ mövzusunda çəkilmiş filmləri görürəm, amma Azərbaycan filmi indi də rastlaşmıram. Mən mübarizəmi o festivallarda aparıram.

“Şollerin arxivi” bədii filmi dünyada böyük marağa səbəb olub. Belə ki, son 8 ay ərzində iyirmi beş beynəlxalq festivalda uğur əldə edərək, Azərbaycan kino tarixinin ən çox mükafat qazanan ekran əsəri kimi rekord müəyyənləşdirib. Dünyanın beş qitəsini gəzib, qırx beşə yaxın ölkədə keçirilən festivalda iştirak edərək, neçə-neçə beynəlxalq mükafatın sahibi olub. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.

İstehsal etdiyimiz filmlər kommersiya məqsədi ilə çəkilməyib. Ölkəmizi xaricdə keçirilən beynəlxalq festivallarda tanıtmaq, göstərmək üçün çəkmişik və buna da nail olmuşuq. “Şollerin arxivi” bədii filmi əsəri Avropa mədəniyyətindən, azərbaycanlıların sədaqətindən, Azərbaycan Almaniya dostluğundan, ölkəmizin multikultural dəyərlərindən bəhs edir.

“Şollerin arxivi” filminə görə bir çox festivallar bizə dəvətlər göndərib, ön sırada VİP yer veriblər, qırmızı xalça üzərindən keçənlərin siyahısına əlavə ediblər, lakin maddi çatışmazlıq üzündən gedə bilməmişik. Keçən ay İtaliya, Hollandiya və Meksika festivallarından dəvət almışdıq, özümüz gedə bilməsək də, film ən yüksək mükafata layiq görülüb.

“Şollerin arxivi” bədii filmi barədə Niderlandın “31mag” jurnalının saytında iki məqalə yerləşdirilib. Məqalədə qeyd edilib ki, film Niderlandın “European Cinematography Awards” festivalında “Ən yaxşı dram” kateqoriyası üzrə uğur qazanıb. Eyni zamanda, film Hollivudda yerləşən “Global Nonviolent Film Festival”da ən yüksək mükafat alan film kimi, “Daria! Magazine” jurnalında göstərilib, film barəsində ətraflı məlumat verilib.

“Şollerin arxivi” filmi dünya film bazarında Vimeo, Amazon ABŞ, Amazon İngiltərə, UDU Digital, Hollivud produserləri ilə əlaqə məkanı olan iPitch.tv platformalarında yerləşdirilib. Qeyd edim ki, filmin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza etmişik.

– Sizə dəstək olması üçün hansısa qurumlara müraciət etmisiniz?

– Prezident İlham Əliyevin “Azərbaycan kinematoqrafiyasının konsepsiyası” layihəsi, kinomuzun inkişafı ilə bağlı sərəncamı özəl prodakşınlara böyük dəstəkdir. Ölkəmizi, mədəniyyətimizi beynəlxalq festivallarda təmsil edəcəyik. Lakin konkret maddi dəstəyə ehtiyac olduğunu da gizlətmirik. Düzdür, Diaspora İdarəsindən 4 nəfər zəng eləmişdi ki, bizə dəstək olmağa hazırdırlar. Amma hələ ki, hər şeyi öz gücümüzə edirik. Bir çox dövlət orqanlarına müraciət etsək də, heç bir kömək edən olmayıb.

– Son illər kommersiya filmlərinin sayı günbəgün artır. Onlar bəzən tənqid olunur, bəzən bəyənilir. Necə düşünürsünüz, yeni çəkilən filmlər beynəlxalq festivallarda Azərbaycanı təmsil edə biləcək səviyyədədir?

– Mən filmləri kommersiya məqsədi ilə çəkmirəm. Məqsədim Azərbaycanı dünyada tanıtmaqdır. Hollivudda bir iclasda iştirak etdim, orda dedilər ki, sizin kino ilə bağlı akademiyanız olmaya bilər, amma ssenariləriniz, süjet xəttiniz bizim ruhumuzu oxşayır. Azərbaycanda çox filmlər çəkilir. Bunu dünyaya çıxarmaq lazımdır. Bizim kommersiya filmlərimiz gənc nəslin tərbiyəsini, mənəviyyatını pozur.

– Bir müddət öncə incəsənət xadimləri ilə prezident İlham Əliyevin görüşü oldu. Hər kəs fərqli istəklər və təkliflər irəli sürdü. Siz orada olsaydınız, nə istəyərdiniz?

– Cənab prezident indiyə qədər mədəniyyətimizə çox dəstək olub. Incəsənət xadimləri ilə görüş də onlardan biri idi. Biz də Prezident Aparatına və Mədəniyyət Nazirliyinə müraciət etmişik. Xarici ölkələrdə Azərbaycanı təmsil edirik. Bizə dəstək olunmasını istəmişik. İnanırıq ki, tezliklə cavab gələcək.

– Tahir İmanov televiziyaların onlara qoyduğu qadağadan, bəstəkar babasının adına küçə verilməsindən danışdı. Bəhram Bağırzadə Zeynalabdin Tağıyevə heykəl qoyulmasını xahiş etdi. Onların istəkləri birmənalı qarşılanmadı. Aktyorlar tənqid edildi ki, cəmiyyətin və mədəniyyətin problemlərini dilə gətirməli idilər.

– Məncə, haqsız tənqidlər idi. Z. Tağıyev haqqında biz də film çəkmişik hazırda montajdadır. O Azərbaycan üçün çox işlər görüb. Təhsilimiz üçün var-dövlətini əsirgəməyib. Filmdə onunla bağlı çox faktlar aşkarlamışıq. 1915-ci ildə o Tovuza gedib. Ermənilər Tovuzun Əlibəyli kəndinə ağır zərbələr endirib. Zeynalabdin Tovuza yardım göndərib, kəndliyə dəyən ziyanı ödəyib. Onun qəhrəmanlıqları çoxdur. Musa Nağıyev barədə də film çəkmişik. Onların xeyirxahlıqlarını insanlara çatdırmaq lazımdır.

– Filmin təqdimatı nə zamana planlaşdırılır?

– Yalnız “Şollerin arxivi” filmində Mədəniyyət Nazirliyi dəstək oldu. Yenidən nazirlikdən kömək görsək, digər filmlərin də təqdimatını keçirəcəyik.
Bugün, 10:37
Azərbaycanla Türkiyə arasında imzalanan Şuşa bəyannaməsinin 5 ili tamam oldu
Bugün, 10:03
Mehriban Əliyeva Milli Qurtuluş Günü ilə bağlı paylaşım edib
Bugün, 09:39
Prezidentin sosial şəbəkə hesablarında Milli Qurtuluş Günü ilə bağlı paylaşım olunub
Bugün, 08:59
Azərbaycanda Milli Qurtuluş Günüdür
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib