Qərb Gürcüstanda oyun qurmağa çalışır: Siyasi elita arasında gərginlik artır - TƏHLİL
"Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsi Gürcüstanda siyasi elita arasında gərginliyə səbəb olmaqdadır. Müxalifətlə iqtidarı üz-üzə qoyan qanuna etiraz edənlərin sayı günbəgün artır. Paytaxt Tbilisidə və digər şəhərlərdə müxtəlif etiraz aksiyaları keçirilir. Qanun layihəsi prezidentlə hökuməti üz-üzə qoyub.
Hazırda qonşu ölkədə baş verənlər yalnız daxili siyasi proses deyil. Belə ki, müxtəlif iri güclər bu məsələdə birbaşa maraqlıdır. Təsadüfi deyil ki, Qərb Tbilisini bu sənədi müzakirəyə çıxardığına görə tənqid edib. Bu da o deməkdir ki, öz gözündəki tiri görməyən Qərb başqasının gözündə çöp axtarır. Niyə?
İş orasındadır ki, az qala, bir əsr əvvəl, yəni 1938-ci ildə ABŞ-da "Xarici təsirin şəffaflığı" haqqında qanun qəbul olunub.
2023-cü ildə isə Gürcüstanda 230 qeyri-hökumət təşkilatı "Xarici təsirin şəffaflığı" haqqında qanun layihəsin qəbulunu tənqid edən bəyanat imzalayıb.
Bildiriblər ki, Avropa İttifaqının (Aİ) belə bir qanunu qəbul etməsi repressiyanı gücləndirə bilər. Qeyd edək ki, həmin qanuna əsasən, Aİ xaricdən maliyyələşən təşkilatların reyestrini yaradaraq onların fəaliyyətinə nəzarət edəcək.
Ötən ilin sentyabrında Ursula fon der Lyayen Avropa Parlamentində çıxışı zamanı demokratiyanı qorumaq üçün bu qanunun qəbul edilməsini vacib saymışdı. Avropa İttifaqı Rusiyanın açıq və qapalı şəkildə maliyyələşdirdiyi QHT-lərin fəaliyyətindən narahatdır. Bunu region üçün təhlükəli sayır.
Bu baxımdan Qərbdə olduğu kimi, postsovet ölkələrində də uyğun qanunun qəbul edilməsi sakit qarşılana bilər. Bir məsələni də qeyd etmək lazımdır ki, vətəndaş cəmiyyətini yalnız Qərb bloku maliyyələşdirmir. Müxtəlif dövlətlərdəki fərqli dini cərəyanlara qrant verməsi də mümkündür. Odur ki, uyğun qanun təkcə dövlətin deyil, ola bilsin regional və qlobal miqyasda təhlükəsizliyin qorunması, təmini məsələsidir.
Rusiyanın fəaliyyətinə qarşı müqavimət göstərmək üçün Qərbin dəstəyi yetərli olmur. Gürcüstanda bu, 2008-ci ilin avqustunda özünü göstərdi. Sonrakı hadisələr isə orada hakimiyyət dəyişikliyi ilə nəticələndi. Belə görünür ki, Qərbin yeni qüvvələrlə əməkdaşlığı zəif olub. Ona görə də onlar Rusiyaya meyillənməyə üstünlük veriblər.
Ursula fon der Lyayen
Yəni görünən odur ki, Qərb özü xarici təsir barədə normativ hüquqi aktlar qəbul edir, xaricdən maliyyələşməni yasaqlayır, amma digər ölkələrə bunu qadağan etməyə çalışır. Bu, ikili standartların ən bariz nümunəsidir. Ehtimal etmək olar ki, ABŞ və Aİ bunu məqsədli şəkildə edir - hakimiyyətlə hökuməti iqtidarla xalqı bilərəkdən üzə-üzə qoyur.
Burada bir neçə məqsəd ola bilər. Başlıca hədəflərdən biri isə sözsüz ki, Qərbin Cənubi Qafqaza müdaxilə imkanlarıdır. Qərbin regionda etdikləri onu deməyə əsas verir ki, xüsusilə Vaşinqton və Paris bölgədəki “rıçaq”larını gücləndirmək üçün çox şey etməyə hazırdır.
Sözsüz ki, Gürcüstanın əsas məqsədi öz suverenliyini, milli təhlükəsizliyini qorumaqdır. Qanun qəbulu da buna hesablanıb. Amma Qərb prosesi istədiyi kimi yozur.
Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb


