Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 0
16 May 2024 | 17:06
Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH


Fransa hökuməti hazırda xarici və daxili siyasətində ciddi böhran yaşamaqdadır. Hakimiyyətin yarıtmaz idarəçiliyinin nəticəsidir ki, indi bu dövlət keçmiş müstəmləkələrindən qovulur. Həmin bölgələrdə Parisə qarşı etiraz aksiyaları səngimir, Yelisey sarayına qarşı çıxışlar, narazılıqlar günü-gündən daha da artır.

Niger, Qabon və s. bölgələrdən qovulan Fransaya qarşı etirazların artdığı keçmiş müstəmləkələrdən biri də Yeni Kaledoniyadır. Bu bölgədə Fransa müstəmləkəçiliyinə qarşı etiraz aksiyaları artıq davamlı xarakter alıb və hər gün daha da güclənir.

Son məlumatlara görə, Yeni Kaledoniyada adanın müstəqilliyi tərəfdarlarının təşkil etdiyi etiraz aksiyalarında yüzlərlə insan həbs olunub, saxlanılanlar var. Fransa hakimiyyəti davam edən etiraz aksiyaları səbəbindən dəniz limanlarını və aeroportları qorumaq adı altında Yeni Kaledoniyaya ordu yeridəcək. Bunu Fransanın Baş naziri Qabriel Attal bildirib. Onun sözlərinə görə, hakimiyyət Yeni Kaledoniyada “TikTok” sosial şəbəkəsinin fəaliyyətinin dayandırılması barədə göstəriş verib.

Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti ictimai toplantılara qadağa qoyub, bölgədə komendant saatı tətbiq etməyi planlaşdırır.

Qeyd edək ki, Yeni Kaledoniyada etirazları tətikləyən səbəb Fransanın minlərlə yeni miqrantın səs verməsinə icazə vermək üçün konstitusiyaya düzəlişlər edilməsi təklifi olub. Bu addım adanın 270 min əhalisinin təxminən 40 %-ni təşkil edən kanakların müstəqillik axtarışında geriləmə kimi qiymətləndirilir. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea sazişinə zidd olduğunu bildiriblər.
Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Fransa rəhbərliyi dərhal baş verən hadisələrdə günahkar axtarışına çıxıb. Bu ölkənin daxili işlər naziri Jerald Darmanan “France-2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Ayxan Hacızadə nazirin iddialarına dair şərhində Fransa tərəfinin ilk növbədə Azərbaycana qarşı təhqiramiz ifadələrini bir daha qətiyyətlə pislədiyini və ermənilərin kütləvi şəkildə qətlə yetirilməsi kimi qəbuledilməz ittihamlarla Azərbaycana qarşı apardığı qarayaxma kampaniyasını dayandırmağı tələb edildiyini bildirib. O qeyd edib ki, Fransa daxili işlər nazirinin öz ölkəsinin uzun illər həyata keçirdiyi müstəmləkəçilik siyasətinin tərkib hissəsi kimi yerli xalqlara qarşı insanlıq əleyhinə cinayətlər törətməsini, milyonlarla günahsız insanın vəhşicəsinə qətlə yetirilməsi tarixini xatırlaması daha münasib olardı.

XİN sözçüsü vurğulayıb ki, Fransanın daxili işlər naziri Azərbaycanı Yeni Kaledoniyada müstəqillik tərəfdarı etirazlarını dəstəkləməkdə ittiham etmək əvəzinə, ölkəsinin bu cür etirazlara səbəb olan dənizaşırı bölgələri ilə bağlı uğursuz siyasətinə diqqət yönəltməlidir: "Biz bir daha Fransanı ölkəmizə qarşı əsassız iddiaları dayandırmağa çağırırıq".
Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH

Əvvəla, onu qeyd edək ki, Fransa DİN rəhbəri ənənəsinə sadiq qalıb və yenə də yalan danışır, sadəcə, bununla ölkəsinin törətdiyi cinayətləri başqasının boynuna yıxmağa çalışır.

İkincisi, Yeni Kaledoniyada baş verənlər indinin problemi deyil, 50 ildən artıq yaşı olan azadlıq mübarizəsi, Fransanın kolonial siyasətinə qarşı hərəkatdır. Bunu bu gün Azərbaycanın üzərinə yıxmaq isə riyakarlıq və qərəzdən başqa bir şey deyil.

Üçüncüsü, uzun illərdir ki Fransa bu ərazidə demoqrafik vəziyyəti dəyişməyə, yerli kanakların sayının azalması üçün orada kolonialistlərin sayını artırmağa çalışır. Bu gün baş verənlər məhz bu siyasətə qarşı mübarizədir. Yelisey sarayı sistematik problemlərə cavab vermək əvəzinə, Azərbaycanı ittiham edir. Ən maraqlı olan isə Fransa nəşrlərinin hakimiyyətlə eyni mövqe nümayiş etdirmələridir. Bu ölkədə heç bir media qurumu kanakların azadlıq mübarizəsindən, dinc sakinlərin öldürülməsindən yazmır və ya yaza bilmir.

Dördüncüsü, Yeni Kaledoniyada baş verən iğtişaşlara cavab olaraq Fransa hökuməti ordunu adaya yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban və 200-ə yazın yaralı var. Görəsən, ordunun Kaledoniyaya göndərilməsi kimi kimdən qorumağa hesablanıb? Nüvə silahına malik, BMT Təhlükəsizlik Şurasına üzv olan Fransanı silahsız və əliyalın kanaklardan?!

Beşincisi, Fransa hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün orada "TikTok" sosial şəbəkəsinə çıxışı bloklayıb. Görünür, Paris Yeni Kaledoniya xalqının qəzəbindən və ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərin ictimailəşəcəyindən narahatdır. Bununla belə Paris öz əməllərini gizlədə bilmir. Belə ki, BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinin ildə bir dəfə təşkil edilən regional tədbirində iştirak edən Yeni Kaledoniyanın BMT-dəki nümayəndəsi Fransa tərəfindən ölkəsində törədilən qırğınlar barədə BMT-nin üzv ölkələrini məlumatlandırıb. Qətlə yetirilənlər arasında gənclərin olduğunu da qeyd edib.
Fransalı nazirin əsassız ittihamı - Yeliseyin sarayının iflasa uğrayan müstəmləkə siyasəti - ŞƏRH
Fransa rəsmiləri xüsusən də Darmananın rəhbərlik etdiyi Fransa jandarmalarının Yeni Kaledoniyada törətdiyi vəhşiliklərə haqq qazandıraraq toqquşmaların səbəbi kimi xarici qüvvələri, o cümlədən Azərbaycanı göstərib. Adanın əsl sahibi olan kanakların fikirlərini dinləmək, onların istəklərinə hörmət etmək, ən əsası kolonial siyasətdən əl çəkmək əvəzinə, başqa dövlətləri ittiham etmək riyakarlıqdır.

“Azad fransız mediası” isə küçədə güllələnən kanakları göstərməkdən, yerli əhaliyə qarşı törədilən vəhşilikləri işıqlandırmaqdan imtina edir.

Onu da qeyd edək ki, müstəqilliyi uğurunda mübarizə aparan kaledoniyalılar yerli seçkiləri silahla deyil, məhz demokratik yolla udublar. Görünən odur ki, özünü demokratiya beşiyi kimi təqdim edən Fransa artıq hərbi müdaxiləyə əl atır. Məqsədli şəkildə bura yerləşdirdiyi tərəfdarlarını hakimiyyətə gətirtmək, aborigen xalqı azlığa salmaq və onlara hərbi dəstək vermək üçün adaya ordunu daxil edib.

O ki qaldı Fransanın Yeni Kaledoniyadakı zülmünə, buna da gec-tez son qoyulacaq. Əsas odur ki, məqsəd var. Nəyin bahasına olursa-olsun, Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etmək hədəf götürülüb. Özlərinin də ifadə etdiyi kimi, məqsədləri gənc və yaşlı nəsillərin sosial məsələlər haqqında açıq danışa bildiyi xüsusi şəbəkə yaratmaqdır. Bununla Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar. Şübhəsiz ki, bu proses təkcə Yeni Kaledoniya ilə məhdudlaşmayacaq, digər keçmiş fransız müstəmləkələri də bu azadlıq mücadiləsinə qoşulacaqlar.(Report)
Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb