Prezidentin Bakı Enerji Həftəsindəki çıxışı xarici mediada

Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin açılış mərasimində çıxışı xarici mediada geniş işıqlandırılıb.
Türkiyənin aparıcı media qurumları - Anadolu Agentliyi, “TRT”, “Haber Global” media qurumları, “Yirmidört.tv”, “Haberler.com”, “Ekovitrin”, “Son dakika” və digər onlayn media qurumlarında, “Akşam” və digər qəzetlərdə tədbir barədə silsilə məqalələr dərc edilib.
“Prezident Əliyev: Azərbaycanın təbii qaz qıtlığı aradan qaldırılıb”, “Bakıda 29-cu Beynəlxalq Xəzər Neft və Təbii Qaz Sərgisi işə başlayıb”, “Azərbaycan Prezidenti Əliyev: Azərbaycan qaz təchizatı məsələlərində özünü etibarlı tərəfdaş kimi artıq sübut edib”, “Prezident Əliyev Bakı Enerji Həftəsində çıxış etdi: Azərbaycan Avropanın qaz təchizatçısıdır” və digər sərlövhələrlə yayımlanan xəbərlərdə Azərbaycan Prezidentinin tədbirdəki çıxışı xüsusilə diqqət mərkəzində saxlanılıb.
Dövlətimizin başçısının fikirlərinə istinadla bildirilib ki, “Şahdəniz” layihəsi Azərbaycanda qaza olan qıtlığı aradan qaldırdı. Bu gün 8 ölkə Azərbaycan qazını idxal edir. Bunlardan 6-sı Avropa ölkəsidir və Avropa Komissiyası Azərbaycanı ümum-Avropa qaz təchizatçısı adlandırır: “Bu il 24 milyard kubmetrdən artıq olacaq. Səkkiz ölkə Azərbaycandan qaz alır və Azərbaycan qaz təchizatında etibarlı tərəfdaş olduğunu bir çox ölkələrə sübut etdi”.
Yazılarda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərlə bağlı qeyd edilib ki, son 30 il ərzində Azərbaycanın imzaladığı bütün müqavilələr tam həyata keçirilib: “Onların hamısı parlament tərəfindən ratifikasiya olunub və qanun şəklində imzalanıb. Orada bir söz belə dəyişilməyib. Bu etibar onilliklər ərzində qazanılıb. Bunun nəticəsidir ki, biz bu gün bərpaolunan enerji sahəsində növbəti sürətli inkişafın şahidiyik”.
Türkiyə mətbuatında Prezident İlham Əliyevin işğaldan azad edilən ərazilərdə bərpaolunan enerji potensialı barədə fikirləri xüsusilə diqqət mərkəzində saxlanılıb: “2027-ci ilədək 2 qiqavat həcmində bərpaolunan enerjinin əldə edilməsi tamamilə real hədəfdir. Bir daha təkrar edirəm ki, bu, sadəcə, başlanğıcdır”. Bundan başqa, qardaş ölkə mediası dövlətimizin başçısının “Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı var. 2020-ci ilin noyabrında həmin ərazilər azad ediləndən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyalar istifadəyə verilib. 3-5 il ərzində bu rəqəm 500 meqavata çatacaqdır. Beləliklə, bərpaolunan enerjinin 1 qiqavat həcmi bizə yarım milyard kubmetr qaza qənaət etməyə imkan verəcək ki, bazarın bu qaza ehtiyacı var və bu ehtiyac davam edəcəkdir” fikri də oxucuların diqqətinə çatdırılıb.
Yazılarda ildən-ilə miqyası genişlənərək Bakı Enerji Həftəsi adlandırılan bu tədbirin ilk dəfə 1994-cü ildə keçirildiyi və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynadığı qeyd olunub. Xəbərlərdə 30-dan çox ölkədən 300 şirkətin iştirak etdiyi sərgilərdə neft hasilatı və enerji nəqli, neft və təbii qazın saxlanması və xidmətlərinə dair innovativ texnologiyaların nümayiş etdirildiyi bildirilir.
Rusiya mediası da Prezident İlham Əliyevin çıxışını geniş işıqlandırıb. Bu ölkə mətbuatında yayımlanan materiallarda Azərbaycanın dövlət başçısının qaz ixracının coğrafiyasının genişləndirilməsi ilə bağlı bəyanatına xüsusi diqqət yetirilib. Azərbaycan lideri vurğulayıb ki, bu gün bizim təbii qazı alan səkkiz ölkədən altısı Avropa ölkəsidir. “Hazırda öz enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan təbii qazına ehtiyacı olan daha bir neçə ölkə ilə danışıqların aktiv fazası gedir”, - TASS Agentliyi Prezident İlham Əliyevin çıxışından sitat gətirib.
“PRIME” İqtisadi İnformasiya agentliyi dövlət başçısının bu il Azərbaycandan qaz ixracının həcminin 24 milyard kubmetrdən çox olacağı barədə dediklərinə istinad edib.
“Neft i kapital” nəşri yazıb ki, Azərbaycan 5 ildən sonra bərpaolunan enerji gücünün 2 qiqavatını təqdim edəcək. Nəşrin Azərbaycan Prezidentinin çıxışına həsr olunmuş materialında, həmçinin bildirilib ki, Qarabağ və Şərqi Zəngəzur regionları böyük hidroenergetika potensialına malikdir.
“Vestnik Kavkaza” agentliyi Azərbaycan Prezidentinin çıxışından çıxarışlar dərc edərək Azərbaycanın son 30 ildə imzaladığı bütün razılaşmaların tam şəkildə yerinə yetirildiyini xüsusi vurğulayıb. Bunun sayəsində respublika yaşıl enerji və bərpaolunan resursların istehsalını inkişaf etdirməyə müvəffəq olub. “Şahdəniz” layihəsi Azərbaycanda qaz qıtlığına son qoydu”, - agentlik əlavə edib.
İspandilli mediada da Bakı Enerji Həftəsinə və dövlətimizin başçısının çıxışına dair məqalələr yayımlanıb. İspaniyanın “Invest.com”, “El Periódico de la Energía” nəşrlərində, eləcə də İsveçrənin ispan dilində yayımlanan “Swissinfo” portalında yer alan yazılarda bu gün Azərbaycan qazının altısı Avropada yerləşən səkkiz ölkəyə ixrac olunmasından, Azərbaycanın qaz ixracının coğrafiyasını genişləndirməyi planlaşdırmasından və enerji təhlükəsizliyini təmin etmək üçün Azərbaycan qazına ehtiyacı olan bir neçə ölkə ilə fəal danışıqların aparılmasından söz açılıb. Məqalələrdə bu il ölkəmizin 24 milyard kubmetrdən çox qaz ixrac edəcəyi, 2020-ci ilin dekabrında istifadəyə verilən TAP kəmərinin Azərbaycan qazını Xəzər dənizindəki yataqlardan Avropaya nəql etməsi və onun Cənub Qaz Dəhlizinin bir hissəsi olması xüsusi vurğulanıb. Bundan başqa, yazılarda dövlətimizin başçısının 2023-cü ildə Azərbaycanın TAP vasitəsilə Avropaya 11,8 milyard kubmetr qazın nəql etməsi, ümumilikdə ixracı nəzərdə tutulan 24 milyon kubmetr qazın təxminən 12 milyard kubmetrinin Avropanın payına düşməsi, bu göstəricinin 2021-ci ildə 8 milyard kubmetrdən çox olması barədə fikirləri diqqətə çatdırılıb. İspandilli media qurumları Azərbaycanın TAP vasitəsilə qaz tədarükünü artırmaq üçün səylərini daha da artırması barədə Prezidentin fikirlərinə xüsusilə geniş yer verib.
Enerji məsələləri ilə bağlı ərəb dilində yayımlanan nüfuzlu “Attaqa.net” nəşri də dövlətimizin başçısının çıxışında səsləndirdiyi fikirlər, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər, Azərbaycanın yaşıl enerji siyasəti barədə xəbərlər dərc edib. Xəbərlərdə dünyada enerji böhranının yaşandığı bir dövrdə Azərbaycanın ev sahibliyi etdiyi bu mötəbər tədbirdə 30-dan çox ölkədən 300-dək şirkətin qatıldığı və mühüm müzakirələrin aparıldığı, eləcə də ABŞ və Türkiyə prezidentlərinin tədbirlə bağlı təbrik məktubları ünvanladıqları bildirilib. Nəşrdə dövlətimizin başçısının Azərbaycanın qaz ixracını artırması planları ilə yanaşı, ölkəmizin bərpaolunan enerji potensialından istifadə istiqamətində atdığı addımlar barədə də məlumat verilib və Prezident İlham Əliyevin çıxışında Qarabağ və Şərqi Zəngəzurun azad olunmuş ərazilərinin nəhəng hidroelektrik potensialı, həmin ərazilərin azad edilməsindən sonra orada 270 meqavat həcmində hidroelektrik stansiyaların istifadəyə verilməsi və 3-5 il ərzində bu rəqəmin 500 meqavata çatacağı barədə fikirləri əksini tapıb. Məqalələrdə Azərbaycanın bərpaolunan enerji sahəsində əməkdaşlığı inkişaf etdirməsi, Prezident İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri Sultan Əhməd Əl-Cabirin Bakı Enerji Həftəsi çərçivəsində iki günəş və bir külək elektrik stansiyasının təməlini qoyması barədə məlumat verilib. Bundan başqa, SOCAR ilə Türkiyənin BOTAŞ şirkəti arasında təbii qaz təchizatı, nəqli və tranziti sahəsində bir sıra müqavilələrin imzalandığı da qeyd olunub.















Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb