Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər...
Gündəm / Cəmiyyət
Oxunub: 0
1 Tem 2024 | 15:50
Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər...

Bu gündən çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb.

Bununla bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti məlumat yayıb. Proses iyulun 30-da bitəcək.

Qeyd edək ki, hərbi vəzifələrin yerinə yetirilməsinə mane olan bir sıra xəstəliklər mövcuddur.

Şəxsin hərbi xidmətə yararsız sayılmasına səbəb olan xəstəliklər cədvəli ilə e-qanun.az saytında tanış olmaq olar.

Həmin xəstəliklərin siyahısı "Hərbi-həkim ekspertizası haqqında Əsasnamə"nin ("Hərbi-həkim ekspertizasının təşkili və aparılması Qaydası" və "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər"in) təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 sentyabr 1999-cu ildə qəbul etdiyi 154№-li qərarında yer alıb.

Həmin qərarın "Hərbi qulluqçuların, hərbi xidmətə çağırılan və ya müqavilə (kontrakt) üzrə hərbi qulluğa daxil olan vətəndaşların sağlamlığının vəziyyətinə dair tələblər" bölməsində "Xəstəliklər cədvəli"nin qrafaları aşağıdakı kateqoriyalı vətəndaşların səhhətinə tələbləri nəzərdə tutur:

I qrafa - ilkin hərbi qeydiyyata götürülən, hərbi xidmətə çağırılan vətəndaşların;

II qrafa - çağırış üzrə hərbi xidmət keçən hərbi qulluqçuların;

III qrafa - zabitlərin, miçmanların və onlara bərabər olan hərbi qulluqçuların, hərbi xidmət keçməmiş, ehtiyatda olan zabitlər, hərbi xidmətə və hərbi toplanışa çağırılanda, hərbi xidmətə könüllü daxil olan və hərbi xidmət keçən şəxslərin.

"Xəstəliklər cədvəlində" hərbi xidmətə yararlılığın aşağıdakı kateqoriyaları göstərilib:

"A" - həqiqi hərbi xidmətə yararlıdır;

"B" - sıradankənar həqiqi hərbi xidmətə yararlıdır;

"C" - dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlıdır;

"Ç" - həqiqi hərbi xidmətə müvəqqəti yararsızdır;

"D" - hərbi uçotdan çıxarılmaqla, həqiqi hərbi xidmətə yararsızdır.

Hərbi xidmətə çağırış zamanı hansı hərbi hissəyə düşəcəyini öncədən müəyyən etmək olarmı?

2024-cü ilin iyul çağırışında müddətli həqiqi hərbi xidmətə çağırılan çağırışçıların hərbi xidmət keçmə yeri haqqında məlumatları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəsmi saytından öyrənmək mümkündür. Məlumatların tapılması üçün çağırışçı özü haqqında məlumatları Azərbaycan dilində, dəqiq, müvafiq xanalara daxil etməklə cavab ala bilər.

Qeyd edək ki, Azərbaycanda bütün əməkqabiliyyətli kişi mülki şəxslər üçün Azərbaycan Silahlı Qüvvələrində məcburi hərbi xidmət nəzərdə tutulur. Hərbi xidmətə çağırış yaşı 18-dir.

Azərbaycan Konstitusiyasının 76.2-ci maddəsinə əsasən, vətəndaş vicdan azadlığına uyğun olaraq xidmət keçmək istəmədikdə hərbi xidmətdən başqa alternativ xidmət nəzərdə tutulur. İldə dörd çağırış dövrü var. Hərbi xidmət stajı 18 ay, ali məktəb məzunları üçün icbari xidmət müddəti isə 12 aydır.(Oxu)
Bugün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Bugün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Bugün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Bugün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Bugün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Bugün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
Dün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Dün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Dün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Dün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Dün, 11:13
Milli Məclisin iclası başlayıb
Dün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Dün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Dün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Dün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb