ABŞ-nin PKK "oyunu": Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir - ŞƏRH
Gündəm / Siyasət
Oxunub: 0
26 Tem 2024 | 12:34
ABŞ-nin PKK "oyunu": Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir - ŞƏRH


Son vaxtlar ABŞ-nin Suriyanın şimalındakı PKK, KCK terror qruplaşmalarına hərbi texnika, o cümlədən hava hücumundan müdafiə sistemləri göndərməsinə dair məlumat yayılır.

Türkiyə Milli Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Zeki Aktürk iyulun 25-də keçirdiyi brifinqdə bu məsələyə münasibət bildirib. O deyib ki, Türkiyə Silahlı Qüvvələri prosesləri yaxından izləyir:

“ABŞ regiondakı bazalarının havadan müdafiəsini təmin etmək məqsədilə əraziyə “Avenger Stinger” havadan müdafiə sistemləri göndərib. Müttəfiqimiz ABŞ-dən gözləntimiz İŞİD-lə mübarizə bəhanəsi ilə terror təşkilatı PKK/YPG-yə verdiyi bütün dəstəyi dayandırmasıdır. Gözləntimiz odur ki, ABŞ bir terror təşkilatı ilə əməkdaşlıqla başqa birinə qarşı mübarizə aparılmasının doğru olmadığını anlasın və terrorla mübarizəmizə səmimi dəstək versin”.

Öncə onu deyək ki, sözügedən təşkilatı ABŞ yaradıb. Xüsusilə, 2014-cü ildən etibarən ABŞ bölgədəki İŞİD terror qruplaşmasına qarşı mübarizə aparmaq məqsədilə PKK-nın Suriya quyruqları - PYD/YPG-ni yaratdı. Əlbəttə, İŞİD-ə qarşı mübarizə sadəcə bəhanə idi. Bunu proseslərin gələcək inkişafı da göstərdi.

ABŞ-nin məqsədi əslində İŞİD-i zəiflətmək deyildi. Əksinə, məhz bu terror qruplaşmaları vasitəsilə özünün Suriya və İraqdakı mövqelərini möhkəmləndirmək idi.
ABŞ-nin PKK "oyunu": Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir - ŞƏRH

Təsadüfi deyil ki, Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan, demək olar, bütün çıxışlarında eyni tezislə çıxış edir: “Bir terror təşkilatı ilə başqasına qarşı mübarizə aparmaq olmaz”.

ABŞ-nin “çətiri altında” olan terrorçu dəstələr əvvəlcə muxtariyyət iddiasında idi, indi isə tamamilə müstəqillik tələb edirlər.

Türkiyə uzun müddətdir ki, müxtəlif əməliyyatlarla Suriya və İraqın şimalında terrorçularla mübarizə aparır, bu dövlətlərin ərazi bütövlüyünün qorunmasına çalışır.

Sözügedən terror təşkilatları həm də ABŞ-nin Türkiyəyə bir növ siyasi təzyiq vasitəsidir. NATO müttəfiqi olan rəsmi Vaşinqton Ankaranın təhkükəsizlik maraqlarını görməzdən gəlir. Təsadüfi deyil ki, Türkiyə ən yüksək səviyyədə dəfələrlə həm ABŞ-dən, həm də NATO-dan terrora qarşı mübarizəni gücləndirməsini istəyir, lazımi dəstəyi görmədiyini bildirir.
ABŞ-nin PKK "oyunu": Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir - ŞƏRH

Düşünmək olar ki, son zamanlar Suriyadakı terrorçuların silahlandırılması da məhz destruktiv xarakter daşıyır və birbaşa olaraq Türkiyənin maraqlarını təhdid edir. İş orasındadır ki, bu proses Ankara ilə Dəməşq arasında münasibətlərin normallaşması istiqamətində addımların atılması dövrünə təsadüf edir.

Xatırlatmaq yerinə düşər ki, son zamanlar Türkiyə Suriya ilə münasibətlərin normallaşmasına dair pozitiv bəyanatlar verir. Türkiyə Prezidenti R.T.Ərdoğanla suriyalı həmkarı Bəşər Əsədin görüşü gündəmdədir. Rusiya da bu prosesdə vasitəçi olmağa çalışır. Çünki Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması Rusiyanın da marağındadır. Amma görünən odur ki, bu prosesdə maraqlı olmayan, “suları bulandırmaq” istəyən qüvvələr var.

Əslində, proseslər bir-biri ilə bağlıdır. Bir müddət əvvəl suriyalı şəxsin Kayseridə azyaşlıya qarşı cinsi istismarından sonra Suriyada Türkiyə Silahlı Qüvvələrinin olduğu ərazilərdə də ciddi iğtişaşlar yaranmaqdadır. Belə ki, müxaliflərin nəzarətində olan Şimali Suriya ərazisində türk bayraqları endirilir, cırılır, yandırılır, təxribat xarakterli müxtəlif addımlar atılır.

Sözügedən hadisələrin miqyası, mütəşəkkilliyi onu deməyə əsas verir ki, Kayseri məsələsi yalnız bəhanədir.
ABŞ-nin PKK "oyunu": Suriyada ara qarışır, Rusiya-Türkiyə əməkdaşlığı güclənir - ŞƏRH

“Medalın görünməyən tərəfi” başqadır: məhz Suriya-Türkiyə normallaşması və Rusiyanın bu prosesdə uğurlu olmasının qarşısını almaq.

Əlbəttə, Türkiyə baş verənlərə səssiz qalmayacaq. Perspektivdə Türkiyənin antiterror əməliyyatlarını gücləndirməsi gözləniləndir. Amma məsələ təkcə bununla da kifayətlənməyəcək. ABŞ-nin Suriyadakı "oyunu", yəqin ki, bumeranq effekti verəcək və Rusiya ilə Türkiyənin bu istiqamətdəki əməkdaşlığını daha da gücləndirəcək.(Report)
Bugün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
Dün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Dün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Dün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Dün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Dün, 11:13
Milli Məclisin iclası başlayıb
Dün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Dün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Dün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Dün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb
11-06-2026, 10:54
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
11-06-2026, 10:12
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
11-06-2026, 09:39
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
11-06-2026, 09:09
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb
10-06-2026, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib