Dövlət qulluğuna qəbulun nəticələri
Gündəm / Cəmiyyət
Oxunub: 0
12 Ağu 2024 | 16:01
 
Dövlət qulluğuna qəbulun nəticələri


Dövlət qulluğuna qəbul və dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi üzrə imtahanların nəticələri elan olunub.

Mərkəz 2024-cü il avqustun 11-də inzibati icraçı vəzifələrə (B növü) aid vəzifə qrupları üzrə dövlət qulluğuna qəbul və inzibati icraçı vəzifələrə aid BB vəzifə qrupları üzrə dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanı keçirib.

Kağız daşıyıcılar vasitəsilə keçirilən hər iki imtahanın nəticələri DİM-in saytında yerləşdirilib. Namizədlər imtahanın nəticələri haqqında məlumatı, mobil operatorlar (Azercell, Bakcell, Nar, Naxtel) vasitəsilə “iş nömrəsi”ni 7727 nömrəsinə göndərməklə də öyrənə bilərlər.

Dövlət qulluğuna qəbul imtahanı

İmtahanda iştirak etmək üçün qeydiyyatdan keçən 2215 namizəddən 45 nəfər imtahana gəlməyib.

İmtahan nəticələrinə əsasən, BA1 altqrupu üzrə 9 nəfər, BA2 altqrupu üzrə 16 nəfər, BA3 altqrupu üzrə 40 nəfər, BA4 altqrupu üzrə 56 nəfər, BB1 altqrupu üzrə 116 nəfər, BB2 altqrupu üzrə 163 nəfər, BB3 altqrupu üzrə 252 nəfər, BB4 altqrupu üzrə 260 nəfər olmaqla, ümumilikdə 912 namizəd tələb olunan müsabiqə şərtlərini ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün avqustun 13-dən 26-dək DİM-in portalında müraciət formasını doldurmalıdır. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə aşağıdakı sənədlərin “skan” edilmiş surətləri formaya əlavə edilir:

ali təhsil haqqında sənədin surəti;
əmək kitabçasının surəti (olduğu halda).

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi (BB vəzifə qrupu) üzrə imtahan

Dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi imtahanında 153 namizəd iştirak edib.

İmtahan nəticələrinə əsasən, BB1 altqrupu üzrə 21, BB2 altqrupu üzrə 33, BB3 altqrupu üzrə 31, BB4 altqrupu üzrə 40 nəfər olmaqla, ümumilikdə 125 namizəd tələb olunan şərtləri ödəyərək uğur qazanıb.

Test imtahanından müvəffəqiyyətlə keçən namizədlərə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat veriləcək. Sertifikatın qüvvədə olma müddəti 5 ildir.

Hər iki imtahan nəticələri ilə bağlı apellyasiya komissiyasına müraciət etmək istəyənlər 13 avqust saat 10:00-dan 15 avqust 17:00-dək DİM-in saytında yerləşdiriləcək elektron ərizəni doldurmaqla qeydiyyatdan keçə bilərlər. Göstərilən müddət ərzində qeydiyyatdan keçməyənlər sonradan apellyasiya üçün müraciət edə bilməyəcəklər.

Bir namizədin ərizəsi (müraciəti) üzrə ən çox 15 dəqiqə müzakirə aparıla bilər. Ayrılan vaxt bitdikdə, kənar şəxs müzakirəyə qoşulduqda və ya etik davranış qaydaları pozulduqda müzakirə prosesi dayandırılır.
Dün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Dün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Dün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Dün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Dün, 11:13
Milli Məclisin iclası başlayıb
Dün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Dün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Dün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Dün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb
11-06-2026, 10:54
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
11-06-2026, 10:12
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
11-06-2026, 09:39
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
11-06-2026, 09:09
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb
10-06-2026, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
10-06-2026, 17:29
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib