Parlament komitələrinin rəhbərliyində ciddi dəyişikliklər olacaq

Sentyabrın 1-i Milli Məclisə növbədənkənar parlament seçkiləri keçirilib. Parlament seçkilərində 125 deputat mandatı uğrunda 990 namizəd mübarizə aparıb. İlkin nəticələrə uyğun olaraq dairələr üzrə lider namizədlər müəyyənləşib.
Maraqlıdır, Milli Məclisin komitələri necə formalaşacaq?
Milli Məclisin növbəti çağırışının birinci sessiyasının əvvəlində "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Milli Məclisin komitələri yaradılır.
Milli Məclisin komitələri Milli Məclisin çağırışının səlahiyyət müddəti ərzində səlahiyyətlidir.
Milli Məclisin komitələri Milli Məclisin azı 63 deputatının səs çoxluğu ilə təsdiq olunan “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında" Azərbaycan Respublikasının Qanunu əsasında fəaliyyət göstərirlər.
Milli Məclisin komitələrinin fəaliyyəti fikir müxtəlifliyi, siyasi plüralizm, aşkarlıq, məsələlərin sərbəst müzakirəsi prinsipləri əsasında qurulur.
Milli Məclisin komitəsinin say tərkibi Milli Məclis tərəfindən müəyyən edilir, lakin azı 5, çoxu 20 deputatdan ibarət olmalıdır.
15 deputatdan çox üzvü olan komitə köməkçi komitə yarada bilər.
Milli Məclisin rəhbərliyi Milli Məclisin komitəsinin üzvü ola bilər. Milli Məclisin başqa hər bir deputatı komitələrdən birinin üzvü olmalıdır. Bir deputat ən çoxu iki komitənin üzvü ola bilər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri olan Milli Məclisin deputatı Milli Məclisin komitəsinin üzvü olmaya bilər.
Milli Məclisin komitəsinin sədri, onun müavini və üzvləri Milli Məclisin iclasında azı 63 deputatın səs çoxluğu ilə seçilirlər. Komitənin tərkibinin seçilməsi Milli Məclisin qərarı ilə rəsmiləşdirilir.
Milli Məclisin deputatı heç bir komitənin üzvlüyünə daxil olmursa, Milli Məclisin sədri sərəncamla həmin deputatı komitələrin birinə daxil edir.
Komitənin iclasını onun sədri, o olmadıqda və ya onun tapşırığı ilə komitə sədrinin müavini aparır.
Komitənin sədri komitənin işinə rəhbərlik edir, onun iclasının gününü və saatını təyin edir, komitənin ayrı-ayrı üzvlərinə tapşırıqlar verir, komitənin işini Milli Məclisin digər komitələrinin və komissiyalarının işi ilə əlaqələndirir, komitənin iclasının protokolunu imzalayır.
Komitə sədrinin müavini sədr olmadıqda onu əvəz edir, sədrin tapşırığı ilə komitənin müəyyən işlərinə rəhbərlik edir.
Qeyd edək ki, VI çağırış Milli Məclisdə 15 komitə olub. Bunlar Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi, İqtisadi siyasət, sənaye və sahibkarlıq, Aqrar siyasət komitəsi, Əmək və sosial siyasət, Səhiyyə, Ailə, qadın və uşaq məsələləri, Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Regional məsələlər, Elm və təhsil, Mədəniyyət, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələridir.
Əldə etdiyimiz məlumata görə, yeni çağırış parlamentin komitələrinin rəhbərliyində ciddi dəyişikliklər olacaq.(Modern)
Bugün, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
Bugün, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
Bugün, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
Bugün, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
Bugün, 11:13
Milli Məclisin iclası başlayıb
Bugün, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
Bugün, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
Bugün, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
Bugün, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
Dün, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
Dün, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
Dün, 17:57
Bu il 116 550 şagird məzun olur
Dün, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
Dün, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
Dün, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
Dün, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
Dün, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
Dün, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
Dün, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
Dün, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
Dün, 11:27
Bakıda obyektdə yanğın başlayıb
Dün, 10:54
Kənan Doğulu, Beren Saat və daha 20 nəfər narkotikə görə saxlanılıb
Dün, 10:12
Portuqaliya - Nigeriya matçından əvvəl azarkeş vəfat edib
Dün, 09:39
Bakıda "Qazel"lə motosiklet toqquşub, ölən var
Dün, 09:09
ABŞ-İran qarşıdurması "Qara qızıl"ı bahalaşdırıb
10-06-2026, 18:19
DTX tərəfindən saxlanılan Saleh Səmədovun cinayət işi üzrə məhkəmə iclası keçirilib
10-06-2026, 17:29
Nazir müavini: Təhlükə məişət mühiti ilə məhdudlaşmır, virtual məkan da ciddi risk mühitinə çevrilib