Antalyada turizm vergisi tətbiq etmək istəyirlər

Türkiyənin “GM Turizm & Yönetim Dergisi” informasiya portalında yayılmış məlumata görə, Antalya paytaxt bələdiyyəsinin meri Mühittin Beçek dünya praktikasını və turist axınının sürətlə artmasını nəzərə alaraq Antalyada turizm vergisi tətbiq olunmasının təklif edib. M.Beçek bu təklifini belə əsaslandırıb ki, hər il 14-15 milyon turist qəbul edən kurortun “bələdiyyə gəlirləri şəhər infrastrukturunu lazımi səviyyədə saxlamaq üçün kifayət deyil”. Bu verginin tətbiq edilməsi Antalya bələdiyyəsinə hər il 351 milyon avrodan artıq gəlir gətirə bilər.
AZƏRTAC xəbər verir ki, merin bu təklifi Türkiyə mətbuatında və peşəkarlar arasında qızğın müzakirəyə səbəb olub. Turistlərdən vergi tutulması təcrübəsi dünyada çoxdan tətbiq olunur. Müxtəlif ölkələrdə onu “şəhər vergisi” və ya “yaşayış üçün vergi” adlandırırlar.
Keçən il əcnəbi turistlər Türkiyədə toplam 112,2 milyon gecə keçiriblər. Ekspertlərin hesablamalarına görə, əgər bu ölkədə, məsələn, bir gecə üçün 5 avro məbləğində turizm vergisi tətbiq edilsəydi, bələdiyyələr bu hesaba azı 3,7 milyard türk lirəsi və ya 561 milyon avro məbləğində əlavə gəlir əldə edə bilərdilər.
Ölkəyə əcnəbi turist axınının 68 faizə qədəri Antalyanın payına düşür. Bunu nəzərə alsaq, həmin turistlər Antalyada keçənilki qədər gecələyəcəyi halda Antalya bələdiyyəsinin gəliri 351 milyon avrodan çox ola bilər. Müqayisə üçün deyək ki, həmin sistem üzrə İstanbulun gəliri 100,5 milyon avro ola bilər.
Türkiyə şəhərləri arasında turizm vergisinin tətbiqi ilə bağlı eksperiment keçirə biləcək ilk şəhər yəqin ki, Antalya olacaq. Hazırda turizm vergisinin otel nömrəsinə görə, yoxsa adambaşı, sabit məbləğdə, yoxsa faiz kimi tutulması məsələsini həll etmək lazımdır. Eyni zamanda, nəzərdə tutulan verginin məbləği yekunda 5 avrodan xeyli az ola bilər. Məsələn, şəhər turizm şurasının sədri Rəcəb Yavuz bildirib ki, Antalyada hər turistdən bir gecə üçün 1,5 avro məbləğində vergi tutmaq və bu halda uşaqları vergi ödəyicilərinin siyahısına daxil etməmək nəzərdə tutulur. Onun fikrincə, “turistlərin bu məsələyə münasibətinə görə ciddi narahat olmağa dəyməz, ona görə ki, Türkiyəyə istirahət etməyə gələnlər bu ölkəni burada vergi olmamasına görə deyil, cəlbedici qiymətə əla məhsul aldıqlarına görə seçirlər”.
13-06-2026, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
13-06-2026, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
13-06-2026, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
13-06-2026, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
13-06-2026, 10:27
Azərbaycan nefti ucuzlaşıb
13-06-2026, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb