Vyanada Azərbaycanın görkəmli caz ifaçısı Vaqif Mustafazadənin xatirəsinə caz konserti təşkil edilib

Noyabrın 18-də Vyanada Azərbaycan Mədəniyyət Mərkəzində görkəmli caz ifaçısı, bəstəkar və caz-muğam üslubunun banisi Vaqif Mustafazadənin xatirəsinə konsert təşkil olunub.
AZƏRTAC xəbər verir ki, konsertin əvvəlində tədbir iştirakçılarına Vaqif Mustafazadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Qeyd edilib ki, Vaqif Mustafazadə təkcə Azərbaycanda deyil, eləcə də dünya musiqi tarixində özünəməxsus yerə malikdir. O, Azərbaycan caz musiqisinin banisi və yeni caz üslubunun yaradıcısıdır, muğamı klassik Amerikan caz musiqisi ilə mükəmməl şəkildə sintez edərək caz-muğam üslubunu ərsəyə gətirib. Bir bəstəkarın təkbaşına yeni üslubu meydana gətirməsi nadir hadisədir.
Bildirilib ki, ölümündən qırx il zaman keçməsinə baxmayaraq, bu gün də Vaqif Mustafazadənin bəstə və improvizasiyaları həm Azərbaycanda, həm də ölkə hüdudlarından kənarda sevilir, onun yaradıcılığı yeni nəsil Azərbaycan caz ifaçılarının yetişməsində məşəl rolunu oynayır.
Avstriyada yaşayan caz pianoçusu Adrian Qaspar konsertdən öncə çıxış edərək, hələ gənc yaşlarından Vaqif və Əzizə Mustafazadələrin yaradıcılığının vurğunu olduğunu və öz yaradıcılığında onların əsərlərindən bəhrələndiyini qeyd edib. O, Vaqif Mustafazadənin xatirəsinə təşkil olunmuş konsertdə dahi cazmenin öz qrupu ilə məmnuniyyətlə çıxış etdiyini diqqətə çatdırıb. Caz qrupu xorvatiyalı vokalçı Aleksandra Namyesnikin ifasında Azərbaycan və Balkan ölkələrinin caz musiqisinə müraciət olunub.
Konsertdə pianoçu, bəstəkar və dirijor, beynəlxalq müsabiqələr laueratı Abuzər Manafzadə isə həm Vaqif Mustafazadənin, həm də özünün caz bəstə və improvizasiyalarını məharətlə ifa edib.
Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb