Aşıq Pəri məclisi Azərbaycan kəlağayısı gününü geniş konsert proqramı ilə qeyd edib
Gündəm / Mədəniyyət
Oxunub: 1 657
27 Kas 2019 | 15:27
Aşıq Pəri məclisi Azərbaycan kəlağayısı gününü geniş konsert proqramı ilə qeyd edib

Aşıq Pəri məclisinin təşkilatçılığı ilə Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı teatrında 26 noyabr- kəlağayısı gününə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı bu günün əhəmiyyətindən danışıb. Bildirib ki, 2014-cü il noyabrın 26-da Azərbaycan kəlağayı sənəti “Kəlağayı simvolizmi və ənənəvi sənəti” adı ilə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib. Həmin vaxtdan noyabrın 26-sı ölkəmizdə Azərbaycan kəlağayısı günü kimi qeyd olunmağa başlayıb.

Bildirib ki, kəlağayı sənəti xalqımızın milli mənəvi dəyərlər sistemində və adət-ənənələrində ən mühüm mədəniyyət nümunələrindəndir. Kəlağayı təkcə baş geyimi deyil, həm də sevgi və gözəllik rəmzidir, naxış və ornamentləri xalq məişətinin bir çox xüsusiyyətlərini, milli mənəvi dünyamızla bağlı mərasim və hadisələri, xalq sənətinin müxtəlif sahələrini təcəssüm etdirir. Həmçinin müxtəlif naxışlarla zəngin olan kəlağayıların hər birinin adının və naxışlarının fəlsəfəsi, təyinatı, xalq məişətində özünəməxsus yeri var.

Aşıq Pəri məclisinin sədri Pərvanə Zəngəzurlu Azərbaycan kəlağayısının tarixindən danışaraq deyib ki, kəlağayı istehsalı Azərbaycanda qədimdən məlumdur. Təbriz, Gəncə, Şamaxı, Şəki, Naxçıvan şəhərlərində, İsmayıllı rayonunun Basqal qəsəbəsində yüksək keyfiyyətli kəlağayılar hazırlanıb. Mənbələrin məlumatına görə, hələ orta əsrlərdən Gəncə və Basqal kəlağayıları xarici ölkələrə də ixrac olunurdu. Bu kəlağayıların ən gözəl nümunələri hələ XIX əsrin ortalarından başlayaraq, Paris, London, Sankt-Peterburq, Moskva, Tbilisi və digər şəhərlərdə keçirilən beynəlxalq sərgilərin yüksək mükafatlarına layiq görülüb.

O, təmsil etdiyi qurum tərəfindən bundan sonra da xalqımızın milli mənəvi dəyərlərinin qorunması istiqamətində işlər görüləcəyni bildirib.

Aşıq Pəri məclisinin bədii rəhbəri, şair-publisist Güllü Eldar Tomarlı çıxışında Azərbaycan kəlağayı sənətinin UNESKO-nun Qeyri- Maddi Mənəvi İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsində əməyi olan Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib.

“Olduqca zərif, göz oxşayan baş örtüyü- kəlağayılarda el sənətkarlarının qəlbinin hərarəti duyulur. Kəlağayı milli baş örtüyü növü kimi qadınlarımızın geyimini tamamlamışdır. Kəlağayının yeləni (haşiyəsi), bəzən isə xonçası (ortası) basmanaxış üsulu ilə həndəsi və nəbati naxışlarla bəzədilir. Milli geyimlərimizin bir hissəsi olan kəlağayı Azərbaycan qadınının dəyanət, sədaqət, ləyaqət simvoludur, kəlağayı milli dəyərlərimizin daşıyıcısıdır, kəlağayıda qədim və milli ornamentlərimiz öz əksini tapıb. Nənələrimiz illərlə kəlağayını öz sandıqlarında qoruyaraq nəsildən-nəslə ötürüblər. Dövr dəyişsə də, illər keçsə də, kəlağayıdan heç vaz keçməyiblər, bu baş örtüyünü toxuduqları xalçalar tək qoruyub saxlayıblar. Xalqımızın şifahi xalq ədəbiyyatı nümunələrində, dastan, qoşma, gəraylı və bayatılarımızda, xüsusilə də aşıq poeziyasında kəlağayı haqqında olduqca maraqlı, poetik fikirlər əksini tapmışdır”, - deyə Güllü Eldar Tomarlı bildirib.

Filologiya üzrə fəlsəfə doktoru, dosent İlhamə Qəsəbova çıxışında qeyd edib ki, ipək sapdan toxunmuş dördkünc baş örtüyü olan kəlağayının yaşı çox qədimdir. Hələ orta əsrlərdə ölkəmizdə kəlağayı istehsal edən kiçik müəssisələr mövcud olub və bu gün Basqal və Şəki kəlağayıları çox məşhurdur. 1862-ci ildə Azərbaycan ilk dəfə Londonda keçirilən ümumdünya sərgisində iştirak edib və basqallı toxucu Nəsir Abduləzizoğlunun nümayiş etdirdiyi nəfis kəlağayı gümüş medala və xüsusi diploma layiq görülüb.

Tədbirdə Əməkdar mədəniyyət işçisi Aşıq Zülfiyyə İbadova, Aşıq Gözəl Kəlbəcərli, Aşıq Nargilə Mehdiyeva, Aşıq Nabat Sadıqova, Aşıq Rəfiqə Göyçəli, Aşıq Nazənin Lerikli, şairlərdən Səadət Buta, Südabə İrəvanlı, Nəcibə Dərələyəzli, Nuranə Təbriz, Aynur Qafarlı və “UMİİD” ictimai birliyinin üzvü Növrəstə Nağıyeva mahnı və şeirlər səsləndirərək təbriklərini çatdırıblar. Şagirdlər tərəfindən səhnələşdirilən yazıçı Natəvan Dəmirçioğlunun "Kəlağayı" hekayəsi böyük maraqla qarşılanıb.
Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb