Əbülfəs Qarayevi vəzifəsindən alırlar? - Yerinə isə...

Yaxın vaxtlarda Səbail Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov mədəniyyət naziri təyin olunacaq. Artıq bununla bağlı siyasi qərarın verildiyi bildirilir. Hazırkı mədəniyyət naziri Əbülfəs Qarayev isə vəzifəsindən kənarlaşdırılacaq.
Məsələ ilə bağlı məlumatı dəqiqləşdirmək üçün Mədəniyyət Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəhbəri İntiqam Hümbətov onlarda belə bir məlumatın olmadığını bildirdi. İ.Hümbətov vurğuladı ki, ümumiyyətlə, kimin işdən azad edilib-edilməyəcəyi ilə bağlı məsələ Prezidentin səlahiyyətindədir və belə bir informasiya yalnız dövlət başçısının rəsmi qərarından sonra cəmiyyətdə yayıla bilər.
Səbail Rayon İcra Hakimiyyəti başçısının köməkçisi isə telefon zənglərimizə cavab vermədi.
Qeyd edək ki, Vüqar Teyyub oğlu Zeynalov 1976-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsinin də məzunudur.
Müxtəlif dövrlər ərzində özəl şirkətdə hüquqşünas, Azərbaycan Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyat Muzeyində baş mütəxəssis, Azərbaycan Milli Elmlər Akademiyasının “Akademiya” kitab mərkəzində direktor, Azərbaycan Dövlət İncəsənət Muzeyində Muzey işində innovasiyaların tətbiqi şöbəsinin müdiri, muzeyin direktor müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) Kitab Mərkəzində direktor, 2012-ci ildən Nizami Kino Mərkəzinin direktoru, 2015-2018-ci illərdə isə Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi vəzifələrində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2018-ci il tarixli Sərəncamı ilə Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. //KONKRET.az//
Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb