Azərbaycanla İran arasında əməkdaşlıq regional inkişafa hansı töhfələri verəcək? –TƏHLİL
Xəbər verdiyimiz kimi, mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının mərhum Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan-İran sərhədində görüşüblər. Görüş zamanı prezidentlər Araz çayı üzərində inşa edilmiş “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak ediblər.
İki qonşu ölkə arasında yeni bir səhifə açıldı.
Araz çayı hər zaman iqtisadi, mədəni və tarixi cəhətdən önəm daşıyıb. Eyni zamanda,bu çay iqtisadi infrastrukturların inkişafına da səbəb olub. Həmçinin sərhədyanı ərazilərdə yaşayan insanların da həyatlarının iqtisadi cəhətdən yaxşılaşmasına töhfə verib.
Məsələn, Araz çayının suyundan istifadə etmək üçün hər zaman iki ölkə arasında əməkdaşlıq olub. Artıq bu əməkdaşlıq yeni çağırışlara uyğun olaraq yeni müstəviyə çıxarılıb. Məhz bunun hesabına Araz çayı üzərindəki yeni layihələr hesabına iki elektrik stansiyasında 540 meqavat enerji istehsal olunacaq.
Bu, su diplomatiyası sahəsində bənzərsiz bir layihədir.
Bu layihə Azərbaycan və İrandan əlavə, digər qonşu ölkələrlə də su sahəsində əməkdaşlığı genişləndirəcək. Bu da Şimal-Cənub, Şərq-Qərb dəhlizlərində yeni imkanlar açıb. “Xudafərin” və “Qız Qalası” Şərqi Zəngəzurun “yaşıl enerji zonası” kimi inkişafının mühüm elementlərindən olmaqla bərabər, regional əməkdaşlıq əlaqələrinə də təkan verəcək.
Stansiyaların qoşulacağı “Cəbrayıl” enerji qovşağı ölkəmizin Şərqi Zəngəzur və Naxçıvan bölgələri arasında yeni enerji bağlantısına xidmət edəcək. Bu layihələr, eyni zamanda, “yaşıl enerji” sahəsində ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün yeni perspektivlər vəd edir.
Liderlər çox nikbin danışdılar
Açılış mərasimində çıxış edən mərhum Prezident Seyid İbrahim Rəisi haqlı olaraq qeyd etdi ki, bu layihə, bölgənin əhalisi üçün faydalı bir iş olacaq:
“Bu bəndin suyundan həm içmək üçün, həm də kənd təsərrüfatı sahəsində istifadə ediləcək, o cümlədən 40 min insan üçün burada iş yerləri yaranacaq. Araz su bəndinin inşasından 50 il sonra bu bəndin tikilməsi ölkələrimiz arasında əlaqələri daha da inkişaf etdirəcək. Bu su bəndi bizim aramızda çox gözəl işlərdən biridir və arzumuz budur ki, gələcəkdə bu cür işlər çox olsun. Hər halda, bu gün çox mübarək bir gündür”.
Azərbaycan Prezident İlham Əliyevsə layihənin iqtisadi səmərəsi ilə yanaşı onun mənəvi əhəmiyyətindən danışıb:
“Layihənin inşası çox yüksək peşəkarlıqla həyata keçirilib. Eyni zamanda, Arazın iki sahilini birləşdirən gözəl bir rəmzi layihədir. Suvarma, içməli su təchizatı üçün, eyni zamanda, elektrik enerjisinin istehsalı məqsədilə gələcəkdə inşa ediləcək elektrik stansiyalarının fəaliyyətinin nəticəsində də çox böyük faydalar olacaq və bu, bölgələrə qayıdacaq insanlar üçün böyük bir üstünlük verəcək. Mən İran tərəfdə gözəl binaları görürəm, yaşayış məntəqələrini görürəm, inşallah, yaxın gələcəkdə Arazın bu tayında da ona oxşar mənzərə olacaq”.
30 ildən sonra həyat dirçəlir
Nəzərə alaq ki, layihənin icra edildiyi ərazilərin Azərbaycan hissəsi 30 ilə yaxın Ermənistanın işğalı altında olub. Həmin müddətdə erməni vandalları bu ərazilərdə bütün infrastrukturu və yaşayışı məhv edib. Ona görə də “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının istismara verilməsi işğaldan azad olunan ərazilərə yenidən həyat verəcək.
Ən əsası bu layihələr iki ölkə arasında mədəni-iqtisadi əlaqələri bir qədər də dərinləşdirəcək. Bu iki layihənin açılışından sonra növbəti birgə addım Kəlalə-Ağbənd dəmir və avtomobil yollarının inşasıdır. Bu yolların dövriyyəyə qoşulması ilə Şimal-Cənub nəqliyyat dəhlizi daha da rentabelli olacaq.
Üstəlik, bu, yeni Qərb-Şərq nəqliyyat dəhlizinin canlanmasına səbəb olacaq.
Məlum olduğu kimi Ermənistan müxtəlif bəhanələrlə Zəngəzur dəhlizinin açılmasına əngəl yaradır. Ona görə də ötən il Azərbaycan İranla razılığa gələrək Zəngilan rayonu ilə Naxçıvanı birləşdirəcək 45 kilometrlik yolun dost ölkənin ərazisindən keçməsi ilə bağlı razılığa gəldilər. Hazırda Kəlalə- Ağbənd dəmir və avtomobil yollarının və körpülərinin inşası aparılır. Ümumi razılıq və birgə səylərə əsasən bu işlər 2025-ci ilin dördüncü rübündə başa çatdırılacaq.
Bununla da həm Qərblə Şərqi birləşdirəcək yeni nəqliyyat dəhlizi yaradılacaq, həm də Azərbaycanı Naxçıvanla birləşdirən quru yol 35 ildən sonra yenidən bərpa ediləcək. Bundan sonra həm İran ərazisində, həm Azərbaycan ərazisində müasir dəmir yolu infrastrukturunun yaradılması və modernləşdirilməsi Şimal-Cənub Nəqliyyat Dəhlizini dünyanın ən önəmli nəqliyyat arteriyalarından birinə çevirəcək.
Nəzərə alaq ki, Şimal-Cənub Nəqliyyat Dəhlizi üzrə keçən il yükdaşımaların həcmi 50 faizdən çox artıb Təbii ki bu, hələ başlanğıcdır, dəmir yolu tam istismara veriləndən sonra bu rəqəm daha da artacaq.
İranla Azərbaycan regional inkişafa töhfə verir
Hazırda Araz çayı boyunca Azərbaycanla İran arasında çox ciddi layihələr icra edilir. Bu layihələr təkcə iki ölkənin iqtisadi-siyasi maraqlarına yox, həm də regional inkişafa və sabitliyə bir töhfə verəcək. Nəzərə alaq ki, 8 dekabr 2020-ci ildə Azərbaycan regional inkişaf və sabitlik üçün “3+3” layihəsini təklif edib. Bu layihə İran tərəfindən də dəstəklənir. Çünki hər iki ölkə regiona kənar qüvvələrin müdaxiləsinə qarşıdırlar.
İranla münasibətlərdə yeni dövr başlayır
Mayın 19-da baş tutan açılış mərasimi, Azərbaycan-İran münasibətlərində də yeni səhifənin açılması deməkdir. Bu ikitərəfli münasibətlərdə böhran vəziyyətinin rəsmən aradan qalxması deməkdir.
Üstəlik, cəmi 2 aydan sonra Azərbaycanın İrandakı səfirliyi də yeni binada öz fəaliyyətini bərpa edəcək.
Bir sözlə, Azərbaycan-İran münasibətlərindəki soyuqluq artıq geridə qaldı. Əminliklə demək olar ki, Azərbaycan qarşıdakı dövrdə də İranla ikitərəfli əlaqələri inkişaf etdirmək istiqamətində mühüm addımlar atmağa davam edəcək.
Bizim.Media
Dün, 17:50
Filippində yanğın nəticəsində təxminən 500 nəfər evsiz qalıb
Dün, 14:59
Sahibə Qafarova Kamboca Senatının sədr müavini ilə əməkdaşlığı müzakirə edib
Dün, 12:46
İlham Əliyev: Azərbaycan-Birləşmiş Krallıq ikitərəfli gündəliyi daha da zənginləşdirilə bilər
Dün, 11:25
Xilasedicilərdən çimərliklərlə bağlı xəbərdarlıq
Dün, 10:27
Azərbaycan nefti ucuzlaşıb
Dün, 09:29
ABŞ hüquq mühafizə orqanları “Tren de Aragua” cinayətkar qrupunun liderini öldürüb
12-06-2026, 17:46
Ceyhun Bayramov Slovakiya XİN-in dövlət katibi ilə görüşüb
12-06-2026, 16:58
Amsterdamda idman zalında partlayış baş verib, dağıntılar altında qalanlar var
12-06-2026, 16:26
FHN: Qəbələdəki zəlzələdə dağıntı və tələfat olmayıb
12-06-2026, 15:52
Xüsusi qabiliyyət imtahanlarına start verilir
12-06-2026, 11:13
Milli Məclisin iclası başlayıb
12-06-2026, 10:33
Ağdaşda avtomobili ildırım vurub, yanğın olub
12-06-2026, 10:07
Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək
12-06-2026, 09:38
Azərbaycan XİN Rusiyanı təbrik etdi
12-06-2026, 08:50
DÇ-də epidemiya ilə bağlı - Xəbərdarlıq
11-06-2026, 18:50
Paşinyandan Moskvaya cavab - “Qiyməti qaldırsalar, müqaviləni pozacaqlar”
11-06-2026, 18:26
AmCham Azərbaycan “Technovation by PMI” Forumuna həmtəşkilatçılıq edib
11-06-2026, 17:57
Bu il 116 550 şagird məzun olur
11-06-2026, 17:51
Lamiyə Əliqızı: Milli Qurtuluş Günü xalqımızın gələcəyə inam günüdür
11-06-2026, 17:27
İmtahan nəticələri bu tarixdə AÇIQLANACAQ
11-06-2026, 16:44
Göygöldə 2 nəfər göldə boğularaq ölüb
11-06-2026, 16:27
Lamiyə Əliqızı: Son Zəng – Uşaqlıqdan Gələcəyə Açılan Qapı
11-06-2026, 15:06
İranın Körfəzdə yeni nəzarət qurumu Hörmüz boğazının tam bağlanması əmrini təsdiqləyib
11-06-2026, 14:09
Məhərrəm ayı və Aşura Gününün tarixi açıqlanıb - FƏTVA
11-06-2026, 13:06
İran ABŞ-ın hücumlarından sonra atəşkəsi praktiki olaraq mənasız adlandırır
11-06-2026, 12:30
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə istifadəyə veriləcək
11-06-2026, 11:27
Bakıda obyektdə yanğın başlayıb
